Bizi izləyin

Premyer-liqa

Qəbələdə “Neftçi”nin hədiyyə çələngi, və ya Qriqorçukun az qanlı qələbəsi

“Şəki-Şəki”, “Mingeçivirə 2 nəfər&rdqu…

blank

“Şəki-Şəki”, “Mingeçivirə 2 nəfər”, “Göyçay, ay Göyçay”. Avtovağzalın qarşısı ənənəvi olaraq, bölgələrə sərnişin axtarışına çıxan taksi sürücüləri ilə doludu. Belə sürücülərdən biri  – şəkili Kərimin maşınına əyləşdim. “Bakıdan nə tutsaq qənimətdi. Əsas “klient”i Şəkidən qayıdanda tuturuq. Burdan onra boş gedəsi deyilik ki”, – Kərim şirin Şəki ləhcəsi ilə 3 sərnişinlə kifayətlənməsini bu sözlərlə izah etdi.

Yol uzun gəlmədi, Kərimin musiqi zövqünün yüksək səviyyədə olması buna imkan vermədi. Gülə-gülə “musiqiçiyəm” deyən sürücümüz, təəccüblü baxışlarımı qabaqladı.

… Qəbələ günəşli, ancaq qapını döyən qar havasını üzümüzə püskürür. Havada həqiqətən gözəl sərtlik var. Nə yağış var, nə də qar. Əsl futbol havasıdı. Qaç ki, qaçasan. Ancaq qaçanda da biləsən ki, hara qaçırsan, kimdən qaçırsan. 

“Qəbələ” – “Neftçi” oyununun başlamasına sayılı dəqiqələr qalmış stadionun girişində Çingiz Abdullayev və Səməd Qurbanovla rastlaşdım. Müşahidə Şurasının sədri tələsik salam verərək, veteran futbolçuya “gedək” dedi. Başadüşüləndi, Abdullayev hazırda müsahibə vermək, mətbuatla ünsiyyət qurmaq istəmir. Nə desin? Elxan Abdullayev mövcud komandaya gəlib. İndi çarələri qış fasiələsini gözləməkdi ki, bundan sonra islahatlara əl atsınlar. İndi isə danışmağın heç bir mənası yoxdu…

Start heyətlərinə nəzər saldıqda, Roman Qriqorçukun bu matçdan “az qanla” qalib ayrılmaq niyyətini sezmək çətin deyildi. Ukraynalı mütəxəssis özü də bilmədən, mətbuat konfransında bunu etiraf etdi: “Ruslan Qurbanov komandamıza yeni qoşulub. Ona çoxlu oyun praktikası qazandırmalıyam ki, kollektivə tez qaynayıb-qarışsın”. Belədirsə, Qurbanov niyə ehtiyatda qalmışdı, Roman İosifoviç? Səbəb isə 3 gün sonra baş tutacaq “Sent-Etyen”lə Bakıda görüşdə gizlənib. Qriqorçuk yetirməsinə istirahət verməyi qərara almışdı. 

Ancaq “Qəbələ”nin avanürist start heyəti üçün də “Neftçi”nin müdafiə xəttini yarmaq problemə çevrilmədi. “Qırmızı-qaralar”a qonaqların qapısının torunu silkələmək üçün 12 dəqiqə kifayət etdi. Hələ bundan əvvəl də bakılılar “ağ-bayraq” qaldırmalı idi. Lakin Boban Baykoviç məharətini göstərib, komandasını qoldan xilas etdi. Sergey Zenyov isə vurduğu qola görə Elvin Bədəlovun şərəfinə ziyafət verə bilər. Həqiqətən bu insanın müdafiənin mərkəzində qərarlaşması klub adına rəzalətdi. Onun “Neftçi”də olduğu vaxtda buraxdığı səhvlərin sayı-hesabı itib. Bəlkə də 1-ci divizionda baş çıxara bilər. Ancaq bu, onun üçün maksimumdu.

Elxan Abdullayevin rəhbərlik etdiyi komanda ilk 45 dəqiqədə hansısa möcüzə hesabına fərqin artmasına imkan vermədi. Maraqlıdı ki, ilk yarının son 15 dəqiqəsində “ağ-qaralar” rəngarəng hcumlar qurdu və aydın oldu ki, “Qəbələ”nin eksperimental heyəti bunun qarşısında nə edəcəyini bilmir. Nəticədə, hələ fasiləyədək Dmitri Bezotosnı 2 dəfə yalnız fantastik seyvlər hesabına qapısının toxunulmazlığını qoruya bildi.

İkinci yarıda Abdullayev (böyük ehtimalla kozır kimi) ehtiyatda saxladığı Araz Abdullayevi döyüşə atdı. Cinah yarımmüdafiəçisinə bərabərlik qolunu vurmaq üçün 4 dəqiqə kifayət etdi. Bundan sonra da “Neftçi” daha diri görünürdü. Ancaq qonaqların fəallığının ömrü çox sürmədi. Bunun səbəbi isə komandanın müdafiə xəttinin bütünlüklə bərbad gündə olmasıdı. “Qəbələ”nin az qala hər hücumundan sonra “Neftçi”nin qapısındam qol iyi gəlirdi.

Ancaq dəqiqələr ötür, hesab isə dəyişmirdi. Oyunun bu cür axarı Qriqorçuku qane edə bilməzdi. Ukraynalı mütəxəssis Cavid Hüseynovla Ruslan Qurbanovu döyüşə atmağı qərara aldı. Meydandan alınacaq oyunçular isə Rəşad Sadiqovla Sergey Zenyov idi. Ancaq estoniyalı futbolçu əvəzlənməzdən öncə daha bir qola imza atmağa imkan tapdı. Komandasını yenidən hesabda önə keçirən Zenyov meydanı alqışlar altında tərk etdi. Əlbəttə, Qriqorçuk əvəzetmələr qərarını hesab bərabər olarkən verməişdi. Ancaq hesab dəyişsə də, o, fikrindən vaz keçmədi.

Bu qoldan cəmi 3 dəqiqə sonra səhnəyə yenidən Elvin Bədəlov çıxdı. Filip Ozobiçə topu hədiyyə edən mərkəz müdafiəçisi bu dəfə Asif Məmmədovun qolunun həmmüəllifi oldu. Son nöqtəni isə Vançe Şikov qoydu. Onun Rəşad Eyyubova etdiyi hədiyyəyə söz ola bilməzdi.

“Neftçi” yenə uduzdu. Azarkeşləri yenə “istefa-istefa” qışqırdı. Baş məşqçi yenə qışı gözləmətyi tövsiyə etdi. Futbolçuları yenə susdu. Turnir cədvəlindəki mövqeyi yenə dəyişməz qaldı: aşağıdan 2-ci pillə.

“Qəbələ” isə ardıcıl 2 oyunda qələbə üzünə həsrət qaldıqdan sonra nəhayət ki, aktivinə 3 xalı yazdırmağı bacardı. İndi komandanın bütün diqqəti Avropa Liqasına yönələcək. Zədəlilərin böyük əksəriyyətinin bərpa olması Roman Qriqorçuku sevindirməyə bilməz. Yalnız Baqali Dabonun yoxluğu ukraynalı mütəxəssisi qayğılandırmalıdı. İndi saatlar tərsinə işləyəcək… “Sent-Etyen”lə oyuna hesablanan saatlar.

CEYHUN ƏLİYEV, Bakı-Qəbələ-Bakı

Reklam

Reklam


blank
Premyer-liqa2024-04-20 23:19

“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-20 22:54

“Bu, gözlənilməz oldu” – Miodraq Bojoviç

blank
Premyer-liqa2024-04-20 21:35

“Neftçi” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2024-04-20 21:00

“Qarabağ”la “Qəbələ”dən heç-heçə – VİDEO

blank
Premyer-liqa2024-04-20 20:55

“Zirə” “Neftçi”yə qalib gəldi

blank
Əvəzedicilər2024-04-20 19:53

“Sumqayıt”ın əvəzedicilərindən darmadağın

blank
Premyer-liqa2024-04-20 19:35

“Daha dinamik oyun olmasını istərdim” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-04-20 19:00

“Bizi “Kəpəz”lə ilin oyunu gözləyir” – Sxadadze

blank
Digər idman növləri2024-04-20 18:43

Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

blank
Premyer-liqa2024-04-20 18:28

“Qarabağ”la “Qəbələ”dən məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-20 18:00

“Neftçi” bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-20 17:31

“Beşiktaş” millimizdə oynamış futbolçu ilə yollarını ayırdı

blank
Dünya futbolu2024-04-20 17:00

Niderland klubunun 18 xalı silindi

blank
Ölkə futbolu2024-04-20 16:18

Təbriz klubu yenə uduzdu

blank
Digər idman növləri2024-04-20 16:00

Pekin marafonunda qalmaqal: medallar geri alındı

blank
Digər idman növləri2024-04-20 15:38

Kanada millisinin dünya çempionatı üçün heyəti güclənir

blank
Dünya futbolu2024-04-20 15:19

“Mançester Yunayted”də yeni təyinat

blank
Digər idman növləri2024-04-20 15:00

Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 14:39

MBA-da mükafat fondu artırıldı

blank
Ölkə futbolu2024-04-20 14:22

“Neftçi”nin iki futbolçusu “Zirə”yə qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 14:07

Avroliqada yeni rekord

blank
Dünya futbolu2024-04-20 13:50

La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

blank
Əvəzedicilər2024-04-20 13:35

Əvəzedicilərin yarışında 31-ci turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 13:20

MBA-da pley-offun son cütlükləri də bəlli oldu

blank
Dünya futbolu2024-04-20 13:03

“Qalatasaray”da 5 yeni müqavilə

blank
Ölkə futbolu2024-04-20 12:48

“Qəbələ”nin 2 futbolçusu “Qarabağ”a qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 12:31

Çində gözlənilməzlik: Həmilton mübarizəni dayandırdı

blank
Digər idman növləri2024-04-20 12:16

Bu gün Azərbaycan Kubokunun qalibi bəlli olacaq

blank
Digər idman növləri2024-04-20 11:57

“Real”ın rəqibi məlum oldu

blank
Digər idman növləri2024-04-20 11:40

Ferstappen Çində də birinci oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm