Bizi izləyin

Layihə

Milli komandaya dəstək aksiyası – NİYƏ DƏ YOX?

Ayaz Əhmədov. Futbol ictimaiyyəti onu təzə-təzə tanımağa baş…

blank

Ayaz Əhmədov. Futbol ictimaiyyəti onu təzə-təzə tanımağa başlayıb. MFL-in yaradıcısı, SMG şirkətinin rəhbəri yaxınlarda daha bir layihəyəylə diqqət mərkəzinə düşdü. O, milli komandamızın dünya çempionatının seçmə mərhələsindəki 4-cü oyununu canlı izləmək istəyən fanatlar üçün əla fürsət yaratdı.

Şimali İrlandıyaya getmək istəyən azarkeşlərimiz çarter reysi ilə Belfasta uçaraq, meydan sahiblərinə qarşı matçda millimizi tribunadan dəstəkləyə bilərlər. Bunun üçün nəzərdə tutulan xərclər fərdi qaydada getmək istəyənlərdən təqribən 3 dəfə ucuzdu. Səfərin təşkil edilməsi ilə bağlı da yetərincə sualların olduğunu, ümumiyyətlə, bu cür təşəbbüsün ölkəmizdə ilk dəfə irəli sürdüyünü nəzərə alaraq, SMG-nin prezidenti ilə görüşməyə ehtiyac duyduq.

– Gəlin lap əvvəldən başlayaq. SMG barədə məlumat verməyinizi xahiş edərdik.
– Bu kompaniya ötən ilin noyabrında yaradılıb. Yaxın günlərdə 1 yaşımızı qeyd edəcəyik. SMG-ni yaratmaqda məqsədimiz idmanı kommersiyalaşdırmaq olub. Ölkəmizdə istedadlı atletlər,  uğurlu nəticələrə imza atmış idmançılar, perspektiv vəd edən gənclərimiz var. Hesab edirəm ki, idmanımızın başlıca problemi məhsulu düzgün təqdim etməməkdədi. Dünya inkişaf edir. Bu gün dərk etməliyik ki, idman təkcə idmançılar üçün deyil. İdman həm də istifadəçilər üçündü. İstifadəçilərin sayı isə idmançılardan qat-qat çoxdu. Məhsulu keyfiyyətli təqdim etmək lazımdı. Rəsmi statistika var. Televizorla futbola baxan kişilərin 70 faizi əlavə olaraq, telefonda hansısa məlumatı toplayır. Kimisi paralel oyunlardakı nəticələri izləyir, kimisi qolların videotəkrarına baxır, kimisi “facebook”da status yazır. Biz indi-indi saytlara, “facebook”a ciddi yanaşmağa başlayırıqsa, bu, dünyada 10 ildi var. Biz bu məhsulu keyfiyyətli şəkildə təqdim etməliyik. Götürək MFL-i. Bu gün bunu yaratmışıq. Ancaq hər gün yeni-yeni addımlar atırıq ki, daha cəlbedici, daha maraqlı olsun. Biz futbolla məşğul olmuruq. Bunun üçün federasiya var. Biz bu məhsulun təbliğatı, kommersiya tərəfi ilə məşğuluq.

– Qeyd edirsiniz ki, istifadəçi idmançılardan çoxdu. MFL çempionatında 600-ə yaxın həvəskar futbol oynayır. Başqa sözlə, bu insanlar futbol xəstəsidi. Bu gün Premyer Liqa oyunlarına 600 azarkeş gəlmir. MFL iştirakçılarını tribunalara aparmaq perspektivi barədə düşünməmisiniz?
– Tamamilə doğrudu. Bax, məqsədimiz də elə budu. Biz gözəl başa düşürük ki, stadiona gələnlər istifadəçilərdi, idmanın istifadəçiləri. MFL futbol xəstələrinin toplaşdığı bir mərkəzdi. Burda təcrübəli jurnalistlərdən ibarət komanda da iştirak edir, dəmirçi də, bankir də. Ancaq bütün bunlar iş başındadı. MFL-də isə onları birləşdirən qüvvə var: futbola məhəbbət. Məsələn, sabah  “Neftçi” – “Qarabağ” matçı var. Bizim üçün 600 nəfərin qapısını döymək su içmək kimi bir şeydi. Çünki hamısı gözümün qabağındadı. Sabah bu 600 insanın 50-100 nəfəri tribunaya gəlsə, bu, artıq böyük uğurdu. Hə, bundan sonra məhsulun keyfiyyəti başlıca rol oynayacaq. Onlar sərf etdikləri 2 saatdan məmnun qalsalar, inanın, növbəti dəfə bu say 200-ə qalxacaq. Bu mövzuda artıq bir sıra klublarımızla danışıqlarımız olub. Bunun üçün heç bir pul istəmirik.

– Rəhbəri olduğunuz qurum Şimali İrlaniya – Azərbaycan matçına azarkeşlər üçün təklif paketi hazırlayıb. İstənilən fanat bu oyunu Belfastda tribunadan izləmək şansı əldə edə bilər. Hazırda vəziyyət nə yerdədi? Maraq göstərən varmı?
– İngiltərədə yaxın dostum yaşayır. Onun rəhbəri olduğu şirkət təxmini bizimlə eyni yöndə fəaliyyət göstərir. İngiltərədə yaşayan xeyli soydaşımız həmin matçı izləməyə gəlmək arzularını bildiriblər. Biz də fikirləşdik ki, niyə də vətənimizdəki fanatlar üçün analoji şansı yaratmayaq? AFFA rəhbərliyi bu matça çarter reysi ayırıb.  Azarkeşlər üçün 50-60 yer ayrılıb. Əlbəttə, fanatlar bunun üçün müəyyən vəsait  xərcləməlidilər. Təsəvvür edin, Bakı-London-Belfast-London-Bakı reysinin qiyməti 2300 manatadı. Çarterlə birbaşa Belfasta və geriyə, üstəlik oyunun bileti də daxil olmaqla azarkeşlər üçün 900 AZN-lik paketimiz var. Bu vəsait heç xərcləri ödəmir. Sadəcə, millimizə dəstək olmaq istəyirik. Hər kəs bacardığı kimi komandamızın yanında olmalıdı. Biz də bunu bacarırıq. Açığı, vaxtımız olduqca məhdud idi. Cəmi 3 gün. Buna baxmayaraq, maraq göstərənlərin sayı gözlədiyimizdən də artıq oldu. Fürsətdən istifadə edib “futbolinfo”ya da, bizə bu məsələdə dəstək olan hər kəsə də təşəkkürümü bildirirəm. Təqribən 130-150 zəngə cavab verdik. Bunlar arasında əlbəttə ki, sadəcə, maraqlananlar da var idi. Bu, “ilk qaranquş”umuzdu. Artıq azarkeşlərimiz millimizə inanmağa başlayıb. Norveçlə, Almaniya ilə səfər qarşılaşmalarında bir neçə ay öncədən belə bir elan verəcəyik ki, azarkeşlərimizin də rahat-rahat planlarını cızmağa vaxtları olsun.

– Elə bizə də bu səfərlə müraciət edənlər olmuşdu. Lakin səfər bir neçə iş gününü əhatə edir və bu, onlar üçün heç də əlverişli deyil. Azarkeşlər isə istirahət günlərini ölkə xaricində keçirmək istəyirlər. Gələcəkdə belə bir variant mümkündürmü ki, azarkeşlər üçün ayrıca çarter reysi ayrılsın və onlar qarşılaşmadan 3 gün əvvəl deyil, oyun günü səfərə çıxsınlar və növbəti 2 günü də həmin ölkədə keçirsinlər?
– Əvvəl-axır buna gəlməliyik. Məhsula tələbat varsa, bu məhsulu ən yüksək səviyyədə təqdim etmək lazımdı. Sabah 250 fanat hansısa səfər matçına toplansa, biz AFFA-ya müraciət edib, onlar üçün ayrıca çarter reysinin açılmasını xahiş edəcəyik. Çünki belədə, təyyarənin xərclərini toplanan vəsaitlə ödəmək mümkün olacaq. İndiki vəziyyəti isə gözəl başa düşürəm ki, cümə axşamı gündüz saat 3-də yola düşmək əksəriyyət üçün müşkül məsələdi. İş vaxtının qızğın çağıdı. Gələcək planlarımız barədə isə, elə özünüz sualı verdiniz.

– Belədə, yada yenə də MFL düşür. Axı, səfərə getmək üçün potensial azarkeş ordusu elə təşkil etdiyiniz çempionatda oynayır. Körpü yaratmaq üçün milli üzvlərimizin çempionat iştirakçıları ilə görüşlərini təşkil etmək yaxşı olmazdımı?
– Təki Belfastda da uğurlu nəticə qazanaq. AFFA rəhbərliyi ilə bu mövzuda söhbətimiz olub. Belə bir matç təşkil etmək istəyirik: “MFL ulduzları” – Azərbaycan yığması. Əlbəttə, mini-futbol matçı. Milli üzvləri ilə sıravi görüşlər də təşkil etmək istəyirik. Götürək Rəşad Sadıqovu. O, bizim fəxrimizdi. MFL iştirakçılarına Rəşadla söhbətləşmək, maraqlandıqları sualları ünvanlamaq imkanı yaratmağı planlaşdırırıq. MFL bir ailədi. Bir-birimizə imkan, şərait yaratmaq istəyirik. Bir real misal çəkim. Bu gün MFL-də oynayan uşaqlar var ki, bizə müraciət ediblər. Jurnalistika fakültəsində oxuyurlar. “Futbolinfo”nun çempionatımızda iştirak etdiyini bilib, müraciət ediblər ki, onlarla əməkdaşlıq edə bilərikmi? Burda oynayan komandaların üzvləri addım-addım qarşılıqlı işlər quracaq. Addım-adım buna doğru gedirik.

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-29 23:46

“Fatih Karagümrük”dən darmadağın

blank
Milli komanda2024-04-29 23:24

Millinin albanlarla oyununun məkanı və başlama saatı açıqlandı

blank
Premyer-liqa2024-04-29 22:39

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-29 22:15

“Rəqib müdafiəsini yara bilmədik” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-29 22:00

“Rəşad Sadıqovla heç bir prinsipim yoxdur” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-04-29 21:21

“Sumqayıt”da növbəti debütant

blank
Premyer-liqa2024-04-29 20:55

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

blank
Ölkə futbolu2024-04-29 20:44

Azərbaycanın yığmaları Türkiyəyə toplanışa yollandılar

blank
Dünya futbolu2024-04-29 20:30

“Çelsi”dən gedəcəyini özü açıqladı

blank
Ölkə futbolu2024-04-29 20:00

“Baku Sportinq”dən növbəti darmadağın

blank
Digər idman növləri2024-04-29 19:45

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
Dünya futbolu2024-04-29 19:31

Sançes Milanda qalmayacaq

blank
Digər idman növləri2024-04-29 19:14

Avropa çempionu olan azərbaycanlı şahmatçı: “Arzum həyata keçdi”

blank
Dünya futbolu2024-04-29 19:00

Xavi Robertonun qalmasını istəyir

blank
Dünya futbolu2024-04-29 18:44

“Torino” Yuriçlə vidalaşır

blank
Dünya futbolu2024-04-29 18:32

Palladino iddialı komandadan dəvət gözləyir

blank
Əvəzedicilər2024-04-29 18:16

Liderdən inamlı qələbə, izləyicisindən darmadağın

blank
Digər idman növləri2024-04-29 18:00

Azərbaycan şahmatında ilk – Fətəliyeva Avropa çempionu oldu

blank
Dünya futbolu2024-04-29 17:45

Türkiyə klubunda baş məşqçi ayrılığı

blank
Digər idman növləri2024-04-29 17:31

“Məqsədimiz 6 il öncəki uğurumuzu təkrarlamaqdır”

blank
Digər idman növləri2024-04-29 17:16

Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısında iştirak edib

blank
Digər idman növləri2024-04-29 17:00

“Çempionluq üçün əlimizdən gələni edəcəyik” – Baxşıyev

blank
Digər idman növləri2024-04-29 16:44

Azərbaycanlı məşqçi Avropa Gimnastikasının tədbirində iştirak edib

blank
Digər idman növləri2024-04-29 16:30

“Şəki” iki legionerlə vidalaşdı

blank
Dünya futbolu2024-04-29 16:15

Slot gələcək komandası üçün oyunçu seçir

blank
Digər idman növləri2024-04-29 16:00

Azərbaycan Basketbol Liqası: Pley-off oyunlarının vaxtı bəlli oldu

blank
Digər idman növləri2024-04-29 15:46

Azərbaycan atletlərindən Türkiyədə növbəti medallar

blank
Digər idman növləri2024-04-29 15:32

Formula 1 pilotu bayramda başından zədə aldı

blank
Dünya futbolu2024-04-29 15:15

Ozan Canlı “Eyndhoven” evdə xal itirdi

blank
Digər idman növləri2024-04-29 15:00

Şahmatçımız Avropa çempionluğunun bir addımında

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm