Müsahibə
Adil Şükürov: "Bu cür rəqiblə final fitinədək diqqətli olmalısan"
Premyer Liqanın 11-ci turunun son qarşılaşmasında doğma "di…
Premyer Liqanın 11-ci turunun son qarşılaşmasında doğma "divarlar arası"nda "Qarabağ"a 0:2 məğlub olan "Zirə"nin baş məşqçisi Adil Şükürov mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, ötənilki gümüş medalçıların çalışdırıcısı frdi səhvlərdən gileyləndi.
– "Qarabağ" bu gün bir daha göstərdi ki, istənilən komandaya qarşı oynamağa qadir kollektivdi. Bu cür rəqiblərə qarşı xırda bir səhv oyunun müqaddəratını həll edir. Təəssüf ki, iki səhv və 2 qol.
– Müəyyən epizodlarda komandanız daha üstün futbol sərgiləyirdi. Bəs, nə çatmadı?
– "Qarabağ" kimi komandalarla oyunda final fitinədək diqqətli olmalısan.
– Bonilyanın yeri hələ də görünür. Bu fikirlə razısız?
– Bonilya artıq tarixdi. Geriyə boylanmağın heç bir faydası yoxdu. Gələcəyə baxmalıyıq. Bugünkü oyun da göstərdi ki, komandamız inkişaf edir. Ancaq öyrənəcəyimiz də çox şeylər var.
CEYHUN ƏLİYEV
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)