Dünya futbolu
"Qəbələ"nin rəqiblərindən biri uduzdu, ikisi xal itirdi
Futbol üzrə Belçika, Fransa və Almaniya çempionat…
Futbol üzrə Belçika, Fransa və Almaniya çempionatlarında növbəti turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə eyni qrupda yer alan "Anderlext", "Sent-Etyen" və "Maynts" da növbəti matçlarına çıxıb.
"Anderlext" Belçika birinciliyinin 14-cü turunda "Ostende" ilə qarşılaşıb. "Qəbələ"nin rəqibi doğma meydanda baş tutan görüşdə xal itkisi ilə üzləşib – 1:1. "Anderlext" 25 xalla 16 komanda arasında 2-ci pillədə qərarlaşıb.
"Sent-Etyen" də Fransa çempionatının 12-ci turunda səfərdə "Mets"lə qarşılaşmadan xal itkisi ilə ayrılıb – 0:0. Bu komanda 18 xalla 20 klub arasında 9-cu yerdə gedir.
"Maynts" isə Bundesliqanın 10-cu turunda səfərdə "Leyptsiq"lə üz-üzə gəlib. "Qəbələ"nin rəqibi bu oyunda 1:3 hesablı məğlubiyyətlə üzləşib. "Maynts" 14 xalla 20 iştirakçı arasında 10-cu sıradadır.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)