Ölkə futbolu
Ndlovu küsüb: “Nə qədər ki, o, baş məşqçidi, bu komandada oynamayacam”
“Qarabağ”ın hücumçusu Dino Ndlovu milli kary…
“Qarabağ”ın hücumçusu Dino Ndlovu milli karyerasını başa vurduğunu bəyan edib. Futbolinfo.az xəbər verir ki, Cənubi Afrika Respublikası yığmasının sabiq oyunçusu bunu baş məşqçiylə əlaqələndirib.
26 yaşlı forvard bu dəfə də Efraim Maşabanın diqqət mərkəzinə düşməməsinə heyran qaldığını və bu üzdən sə 2014-cü ildən bəri CAR-ın “sükanı arxası”nda dayanan mütəxəssisin çalışdığı dönəmdə yığmaya getməyəcəyini bildirib: “O, məni bir neçə dəfə milli düşərgəyə dəvət etsə də, heç vaxt meydana buraxmayıb. Əlbəttə, üzgünəm. Yəqin ki, baş məşqçinin məndən xoşu gəlmir.Ancaq heç bir münaqişə axtarmıram. Ölkə xaricindəki çıxışlarım göz qabağındadı. Nəyə görə millinin diqqətindən kanr qaldığıma görə, özümə sual vermirəm. Sadəcə, istədiyim budu ki, hamı bilsin: nə qədər Maşaba CAR millisinin baş məşqçisidi mən yığmaya gəlməyəcəm”.
Qeyd edək ki, 2012-ci ildən CAR millisinə dəvət alan Ndlovu yığmada 4 oyun keçirib və qol vurmayıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…