Ölkə futbolu
AFFA-nın layihəsi ilk 3-lükdə
AFFA tərəfindən UEFA-nın ali marketinq mükafatı olan “…
AFFA tərəfindən UEFA-nın ali marketinq mükafatı olan “UEFA KİSS Marketing Awards 2016”ya təqdim olunmuş “CBC Sport” lahiyəsi ən yaxşı kommersiya tərəfdaşlığı meyarı üzrə müxtəlif milli assosiasiyalar tərəfindən təqdim olunmuş 16 layihə arasında 3 ən yaxşı layihə kimi seçilib. Futbolinfo.az xəbər verir ki, noyabrın 23-də Yunanıstanın paytaxtı Afinada keçiriləcək tədbir zamanı qalib layihə müəyyənləşdiriləcək.
Seçilmiş 3 layihə aşağıdakılardır:
– Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – CBC Sport
– Niderland Krallığı Futbol Assosiasiyası – İNG Bank həvəskar futbol sponsorluq proqramı
– Polşa Futbol Federasiyası – PZPN-in lisenziyalaşdırma proqramı
“UEFA KİSS Marketing Awards” hər iki ildən bir keçirilir və UEFA-ya daxil olan milli assosiasiyaların marketinq sahəsində tətbiq etdiyi layihələr 5 meyar üzrə qiymətləndirilir. 2 il öncə AFFA tərəfindən keçirilmiş “3×3 qızlar” turniri ən yaxşı kütləvi futbol layihəsi meyarı üzrə mükafatlandırılıb və layihə UEFA-nın qadın futbolu inkişafı proqramları üzrə hesabatında ən yaxşı təcrübə nümunəsi kimi göstərilib.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”