Premyer-liqa
"İnter" derbiyə ciddi itkilərlə çıxacaq
Topaz Premyer Liqasının növbəti turunda evdə AZAL-ı qəbul e…
Topaz Premyer Liqasının növbəti turunda evdə AZAL-ı qəbul edəcək “İnter” sabah yenidən bir araya gələcək. Futbolinfo.az xəbər verir ki, “bankirlər” bu görüşə itkilərlə hazırlaşır.
Komanda matça əvvəldən də bəlli olduğu kimi, əzələsini dartan Rauf Əliyevsiz hazırlaşır. Bundan başqa sarı vərəqə limitini dolduran kapitan Nizami Hacıyev, Zurab Xizanişvili və Ağabala Ramazanov da bu görüşdə iştirak edə bilməyəcək.
Qeyd edək ki, “İnter” – AZAL oyunu noyabrın 20-də, “İnter Arena”da keçiriləcək.