Dünya futbolu
Ronaldo eynəyə görə cəzalana bilər
"Real"la müqaviləsinin müddətini 2021-ci ilə ki…
"Real"la müqaviləsinin müddətini 2021-ci ilə kimi uzadan Kriştiano Ronaldo imza mərasimində taxdığı eynəyə görə cəzalana bilər.
Futbolinfo.az xəbər verir ki, portuqaliyalı tədbirə şəxsi müqaviləsi olan "Nike" firmasının istehsalı olan eynəklə gəlib.
Madrid təmsilçisinin sponsoru olan "Adidas" isə klubun tədbirlərində başqa idman firmasının məhsullarından istifadəni qadağan edir. Bu səbəbdən "Real"ın Ronaldoya cəza verəcəyi bildirilir.
Ronaldo bu mövsüm La Liqada 8 oyuna 5 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.