Ölkə futbolu
UEFA-dan Qəbələ üçün 26 000 avro
“Qəbələ” klubunun müvafiq yaş qrupundan ibarət k…
“Qəbələ” klubunun müvafiq yaş qrupundan ibarət komandasının UEFA Gənclər Liqasında iştirakına görə UEFA tərəfindən 26 000 avro (iyirmi altı min avro) maliyyə vəsaiti ayrılıb. Futbolinfo.az xəbər verir ki, qeyd olunan vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada klubun hesabına köçürülüb.
Qeyd edək ki, "Qəbələ" bu turnirin birinci təsnifat mərhələsində Rusiyanın "Dinamo" (Moskva) klubu ilə qarşılaşmış və evdə 0:2, səfərdə isə 0:5 hesabıyla uduzaraq, mübarizəni startdaca dayandırmışdı.