Dünya futbolu
Şimali İrlandiya darmadağın oldu, Çexiya qələbəni əldən verdi
Futbol üzrə Azərbaycan yığmasının DÇ-2018-in se&cced…
Futbol üzrə Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri – Çexiya və Şimali İrlandiya yığmaları yoxlama oyununda qüvvəsini sınayıb. Futbolinfo.az xəbər verir ki, millimizin rəqiblərindən biri qələbəni əldən verdiyi halda, digəri darmadağınla üzləşib.
Belə ki, Çexiya yığması doğma meydanda Danimarka ilə qarşılaşıb. Oyunda hesabı 8-ci dəqiqədə çexlər açsalar da, ilk yarının sonlarında danimarkalılar bərabərlik qoluna imza atıblar. Oyunda başqa qol olmayınca, bu görüş 1:1 hesabıyla bitib.
Şimali İrlandiya isə Xorvatiya yığmasını qəbul edib. Bu görüşdə isə millimizin rəqibi böyük hesabla uduzub. Bir neçə gün öncə Belfastda Azərbaycana 4:0 hesabıyla qalib gələn şimali irlandiyalılar darmadağınla üzləşiblər – 0:3.