Bizi izləyin

Müsahibə

Fikrət Hüseynov: “Bundan sonra belə hal baş verməyəcək”

AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov bu gün ke&…

blank

AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov bu gün keçirilən iclasdan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, AZAL klubunun vitse-prezidenti müzakirə olunan məsələlərdən danışıb.

 
– Klublar Komitəsinin gündəliyində duran məsələlər bəlli idi. Bugünkü iclasda aparılan müzakirələr barədə ətraflı məlumat verərdiniz…
– Çox səmərəli yığıncaq oldu. Gündəlikdə 3-4 məsələ var idi. AFFA-nın Texniki Departamentinin əməkdaşı ilə görüşdük. Bu görüş məşqçi kursları ilə bağlı idi. İstəyirik ki, hər klubdan 2-3 nümayəndə A, B, C kurslarında iştirak etsin. İkinci məsələ uşaq liqalarında komandaların nümayəndələri, məşqçiləri tərəfindən hakimlərə qarşı zorakılıq halları idi. Xüsusən də, U-16, U-17 liqalarında oyunun gedişində, ondan sonra hakimlərə qarşı sərt mövqe tutulur. Biz də klub rəsmiləri olaraq, bunu müzakirə etdik. Yəqin ki, bundan sonra belə hal baş verməyəcək. Əsas məsələlərdən biri də meydançaların durumudu. Xüsusən də, “Qarabağ” və “Qəbələ” klubları bununla bağlı narazılıqlarını dilə gətirdilər. Onlar qeyd elədilər ki, süni örtüklü meydançalarda, Gəncədəki stadionda oynamaq qeyri-mümkündü. Elə vəziyyət yaranıb ki, klublar gələn mövsüm bu arenalarda oynamaq istəmirlər. Bununla bağlı yazılı şəkildə AFFA İcraiyyə Komitəsinə rəsmi müraciət etdik. Təklifimiz ondan ibarətdi ki, bu meydançalar tez bir zamanda dəyişdirilsin. Bu gün futbolda əsas meydançanın durumudu. Normal meydança olmasa, futbol oynamaq da mümkün olmaz. 2-3 klubun meydançaları mütləq dəyişdirilməlidi. Bu gün Premyer Liqanın 4-5 klubunun stadionu belə vəziyyətdədisə, gör, sabah I diviziondan gələn komandaların meydançaları nə durumda olacaq? Dekabr ayında AFFA İcraiyyə Komitəsinin iclası olacaq. Yəqin ki, həmin iclasda bu məsələyə baxılacaq.
 
– Azərbaycan çempionatında komandaların sayının müəyyənləşdirilməsi ilə bağlı AZAL klubunun təklifi nə oldu?
– Bildiyiniz kimi, Əsasnaməyə görə, elitanı 1 klub tərk edəcək, əvəzində I diviziondan 3 komanda Premyer Liqaya gələcək. İclasımızda bu məsələ ilə bağlı səsvermə apardıq. Qərara gəldik ki, AFFA İcraiyyə Komitəsindən bunun dəyişdirilməsini istəyək. İstəyimiz odu ki, I divizionda ilk iki yeri tutanlar birbaşa gəlsinlər, 3-cü yerin sahibi isə Premyer Liqanın sonuncusu ilə iki oyundan ibarət pley-off matçları keçirsin.
 
– Bu, AZAL-ın sonuncu yerlə barışması deməkdi?
– Xeyr. Bizdən yuxarıda gedən komandalarla aramızda elə böyük fərq yoxdu. AZAL pis futbol da oynamır. Fakt odu ki, hazırda sonuncu pillədəyik. Amma mövsümün gedişində başqa komanda bu halla üzləşə bilər. Bəlkə qışda heyətimizi gücləndirdik və sonuncu yerdən qurtulduq. Hər klub lisenziyalaşdırmanın tələblərinə cavab verə bilmir. Hər komandanın uşaq futbolu, maliyyəsi, bir sözlə, infrastrukturu arzulanan səviyyədə deyil. “Sumqayıt”ın da, “Zirə”nin də, bizim də bazamız, normal infrastrukturumuz var. I diviziondan gələn komandanın bu şəraitinin olacağı nə dərəcədə inandırıcıdı?
 
– Bu, I divizionda 3-cü yeri tutan komandaya haqsızlıq olmaz?
– Haqsızlıq olmaz. 1-ci və ya 2-ci yerlə pley-off oyunu keçirsək haqsızlıq olar. İlk iki yeri tutan komanda birbaşa vəsiqə qazanmağa layiqdi. 8 komandalı çempionatda bunu həyata keçirmək normaldı. 10-12 komanda olsaydı, sonuncu yeri tutan I diviziona düşməli idi. Mən bunu Azərbaycan futbolu naminə deyirəm. Həqiqətdən qaça bilmərik.
 
– Meydançaların durumundan danışdınız. Amma AZAL-ın meydançası da süni örtüklüdü və bununla bağlı kifayət qədər şikayət olub. Hər hansı bir dəyişiklik planlaşdırırsınızmı?
– Dəyişiklik olmalıdı. Gəncədəki stadionla yanaşı, “Sumqayıt”ın, “Zirə”nin, “İnter”in meydançası da müzakirə olundu. “Qəbələ”nin 2 futbolçusu elə “İnter”lə qarşılaşmada zədələndi. Təbii ki, AZAL-ın meydançası da bunlar arasındadı. Gələn ilin mayında İslam Həmrəylik Oyunlarının bəzi yarışları bizim arenamızda keçirilməlidi. Bu yarış olmasa belə, təklif etdim ki, bizim də stadionun adı dəyişiklik ediləcəklər arasında olsun. Bunun üzərində mütləq durmalıyıq. Bu meydançalarda oynamaq qeyri-mümkündü. UEFA-nın qarşısında öhdəlikləri yerinə yetirə bilirik, bu baxımdan postsovet ölkələri arasında birinci yerdə gedirik. Qarşıdan AÇ-2020 gəlir. Bundan başqa, iki klubumuz Avroliqanın qrupunda mübarizə aparır, millimiz uğurlu çıxış edir. Bunun fonunda meydançaların hazırkı durumu yaxşı deyil.
 
– Bu, Klublar Komitəsinin 2016-cı ildəki son iclası idi?
– Xeyr, dekabrda da bir araya gələcəyik. Seçkilər də olacaq. İlin sonuna qədər 1 və ya 2 iclas baş tutacaq.
 
– AZAL-da neçə aydı futbolçuların maaşları ödənilmir. Yayılan məlumata görə, “Airlines” Hava Yolları kluba maliyyə buraxmaqdan imtina edib…
– Bu düzgün məlumat deyil. Maaşlar hər ayın əvvəlində verilməlidi. Amma biz son maaşı 2 gün öncədən, ayın 29-da ödədik. Bu baxımdan heç bir problemimiz yoxdu. Klubun hansısa şirkətin balansına keçməsi də gündəmdə deyil. Klub normal fəaliyyətini davam etdirir. Biz iki il əvvəl strategiyamızı dəyişdik, 2 illik plan qurduq. Futbolçulara, məşqçilərə yeni strategiyaya uyğun maaş təklif etdik, razılaşanlar da gəldi.
 
– Mövsümün sonunda necə, bu məsələdə bir dəyişiklik ola bilərmi?
– Mart ayında klub rəhbərliyi bunu müzakirə edəcək. Premyer Liqada qalsaq, gələn mövsümə ciddi şəkildə hazırlaşacağıq.
 
– U-19 komandanız son turda səfərə yollanmayıb və texniki məğlubiyyət alıb. Bunun səbəbi nə idi?
– Mənə elə gəlir ki, bu, pulla bağlı deyil. Texniki məsələ olub. Digər komandaları göndərə biliriksə, deməli, pul problemi yoxdu. 400-500 manata görə, texniki məğlubiyyətə razı olmağımız düzgün çıxmaz.
 
– Topaz Premyer Liqasının ötən turunda Tərlan Əhmədovla “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk arasında insident yaşandı. Bununla bağlı baş məşqçinizlə söhbətiniz oldumu?
– Bəli, söhbət etdik. Tərlan müəllimlə çox yaxşı münasibətimiz var, onu ciddi insan kimi qəbul edirik, ona inanırıq. “Qəbələ” ilə görüşü Fariz müəllimlə (“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov nəzərdə tutulur – red.) birlikdə izləyirdik. Anlaşmazlıq oldu. Qriqorçuk bir qədər emosional idi. Tərlan müəllim onu sakitləşməyə çağırdı. Hər bir insanda belə hal olur. (Apasport)

Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-02 11:19

Avrokubok perspektivləri: klublarımızı yeni formatda nə gözləyir?

blank
Dünya futbolu2024-05-02 11:02

Ronaldo dubl etdi, “Əl Nəsr” finala yüksəldi

blank
Milli komanda2024-05-02 10:45

“Qarabağ”ın nəticələri yığmanın böyük turnirlərə adlaması üçün kifayət deyil”

blank
Dünya futbolu2024-05-02 10:27

“Parma” yenidən A Seriyasında

blank
Ölkə futbolu2024-05-02 09:55

“Qarabağ” ilk “100-lüy”ü tərk etdi

blank
Milli komanda2024-05-02 09:55

Yığmamız reytinqdə yerində qalacaq

blank
Dünya futbolu2024-05-02 09:40

“Borussiya” ÇL-ə vəsiqəni təmin etdi

blank
Milli komanda2024-05-02 09:23

Yığmamız Montoneqroda qalib oldu

blank
Dünya futbolu2024-05-02 09:08

Konfrans Liqası: Bu gün yarımfinalın ilk görüşləri baş tutacaq

blank
Dünya futbolu2024-05-02 08:51

Təbriz klubundan liderlə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 08:34

“Qarabağ” və daha 55 komanda

blank
Dünya futbolu2024-05-02 08:17

Avroliqada yarımfinalın ilk oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-05-02 08:00

Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası

blank
Dünya futbolu2024-05-02 01:01

ÇL: “Borussiya” PSJ-ni məğlub yola saldı

blank
Ölkə kuboku2024-05-01 23:08

Musanın komandası İsveç kubokunu qazana bilmədi

blank
Digər idman növləri2024-05-01 22:12

“Xəzri” pley-offa böyük hesablı qələbə ilə start verdi

blank
Digər idman növləri2024-05-01 21:00

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
I Liqa2024-05-01 20:30

“İmişli” və “Mingəçevir” səfərdə uduzdu

blank
Əvəzedicilər2024-05-01 20:00

“Zirə”nin əvəzedicilərindən çətin qələbə

blank
Digər idman növləri2024-05-01 19:39

Azərbaycanın güləş milliləri Bakıda toplanış keçirlər

blank
Dünya futbolu2024-05-01 19:18

Lunin yeni müqavilə üçün razılaşdı

blank
Digər idman növləri2024-05-01 19:01

AVF rəhbərliyi çempionlarla görüşdü

blank
Milli komanda2024-05-01 18:44

Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu

blank
Digər idman növləri2024-05-01 18:27

Azərbaycanlı hakimlər Avropa kubokunun görüşlərini idarə ediblər

blank
Digər idman növləri2024-05-01 18:10

Bakıda keçiriləcək Avropa Kubokunun mükafat fondu açıqlandı

blank
Digər idman növləri2024-05-01 17:55

Federasiya prezidenti milli üzvləri ilə görüşdü

blank
Digər idman növləri2024-05-01 17:40

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gimnastlar bəlli oldu

blank
Ölkə futbolu2024-05-01 17:21

AFFA nümayəndəsi AÇ-2024-ə təyinat aldı

blank
Dünya futbolu2024-05-01 17:02

Rabyo “Bayern”in hədəfində

blank
Digər idman növləri2024-05-01 16:45

“Prezident Kuboku”: İlk günün qalibləri bəlli oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm