Bizi izləyin

Ölkə futbolu

Xronologiyanı pozmayan “Qəbələ”

“Qəbələ” Avropa Liqasının qrup mərhələsinin 5-ci t…

blank

“Qəbələ” Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda da xal üzünə həsrət qaldı. Təmsilçimiz bu dəfə “Anderlext”lə bacarmadı. Birinci dövrədə olduğu kimi, Bakıdakı qarşılaşmada da eyni nəticə qeydə alındı – 1:3. Maraqlıdı ki, qolların xronoloji ardıcıllığı da eyni oldu: hesabı belçikalılar açdı, futbolçularımız bərabərliyi yaxaladı, Rene Vaylerin yetirmələri daha 2 dəfə fərqləndi.

Roman Qruqorçuk hələ oyundan əvvəl eksperimental heyətə güvənəcəyini bildirmişdi. Doğrudu, ukraynalı mütəxəssis bu addımı meydana çıxma şansları az olan oyunçulara praktika qazandırmaq istəyi kimi qələmə vermişdi. Lakin qrupdan çıxmaq şansını itirən klubun çalışdırıcısı heç şübhəsiz ki, ölkə çempionatının növbəti turunda qarşılaşacaqları “Qarabağ”la oyunöncəsi əsas bir neçə futbolçusuna dincəlmək imkanı yaratmağı düşünmüşdü. Voislav Stankoviç, Rəşad Sadiqov, Ruslan Qurbanov kimi futbolçular məhz bu səbəbdən ehtiyatda qalmışdılar.

Qriqorçuk futbol fəlsəfəsinə hətta eksperimental heyətlə də sadiq qaldı: rəqibin kimliyindən asılı olmayaraq, hücum etmək üçün maksimum səy göstərmək. Lakin belçikalıların ustalıq səviyyəsi ilk dəqiqələrdən təşəbbüsə yiyələnmələrini şərtləndirdi. Tilemans, Teodorçik, Sova, Kapelin rəngarəng oyunu artıq 11 dəqiqədə bəhrəsini verdi. Yuri Tilemansın bir hərəkətlə Nika Kvekveskirini “vakuum”a salması məhz ustalıq səviyyəsi arasındakı fərqin təzahürü idi. Zərbə isə həqiqətən qarşısıalınmaz idi – 0:1.

Doğrudu, komandamızın bərabərlik qolunu çox gözləməli olmadıq: Qriqorçukun həmvətəni Yevgeni Aranovskinin təyin etdiyi haqlı penalti zərbəsi Rikardinyonun cavab qoluyla nəticələndi. Lakin bu zərbəni xatırlamağa dəyər. Müdafiəçi hakimin işarəsindən sonra təqribən 7-8 saniyə düşündü və yalnız bundan sonra topa sarı şığıdı. Aşkar hiss olunurdu ki, o, olduqca həyəcanlıdı. Ən qəribəsi isə budu ki, referinin final fitinə 16 dəqiqə qalmış təyin etdiyi 2-ci penalti zərbəsi zamanı da “nöqtə”yə Rikardinyo yaxınlaşdı…

Bərabərlik qolundan sonra da oyunu diqtə edən tərəf qonaqlar idi. Stankoviçin meydanda yoxluğu aşkar hiss olunurdu. “Qırmızı-qaralar”ın heyətində ən bərbad fiqurlar isə Rəşad Eyyubovla Ürfan Abbasov idi. Ən üzücü məqam Ürfanla bağlıdı. Cinah müdafiəçisi ötən il olduğu kimi, yenə də kobud mövqe səhvləri ilə yadda qalır. Yerli futbolçuların qıtlığında isə ona qapını göstərmək olmur. Görünən budu ki, ya Abbasov üzərində işləmir, ya da potensialı “Qəbələ”də çıxış etməyə imkan vermir. Bütün hallarda, “Anderlext”lə oyun bir daha göstərdi ki, nəinki beynəlxalq arenada, heç yerli yarışlarda da ona bel bağlmaq olmaz.

Fasiləyədək tablodakı hesab dəyişməyincə, qonaqların daha böyük qüvvəylə irəli atılacağı və belədə, əzmkar Baqali Dabo üçün geniş ərazi açılacağını proqnozlaşdırmaq olardı. Lakin forvardın ikinci 45 dəqiqədəki oyunu cəmi 7 dəqiqə sürdü. Topuğundan zədələnən hücumçunu Ruslan Qurbanov əvəzlədi. Ruslan oyuna apis daxil olmadı. Onun sürətli reydləri belçikalıların başağrısına çevrilmişdi. Görüşün 73-cü dəqiqəsində Frank Buksla üz-üzə qalan Qurbanov yerdə qaldı. Belçikalı qolkiper futbolçumuza toxunmasa da, Aranovski düşünmədən penalti təyin etdi. Təəssüf ki…

Oyunboyu çoxsaylı səhvlərlə yadda qalan Rəşad Eyubov vurulmayan penaltidən az sonra gərəksiz yerdə ikinci sarı vərəqəni alaraq, meydandan qovuldu. Məhz təyin olunan həmin cərimə zərbəsindən sonra 2-ci yarıda oyuna daxil olan Massimo Bruno Dmitri Bezotosnını məyus etdi – 1:2. Yorulmaq bilməyən Lukaş Teodorçik isə hakimin əlavə etdiyi dəqiqələrdə komandamızın 3-cü dəfə meydanın mərkəzinə dəvət edilməsini təmin etdi.

“Qəbələ” bu qrup marafonunda yenə qələbəyə yaxın olduğu görüşdən məğlub ayrılsa da, heç də pis təsir bağışlamadı. Ötən il komanda qrupda bundan çox xal toplasa da, cari mövsüm daha baxımlı futbol sərgiləyir. Ən azından komandanın oyununa görə xəcalət çəkmirik. “Maynts”la son görüşdən sonra isə “qırmızı-qaralar”ın cari avrokubok mövsümünə dair yekun fikri yürütmək olacaq.

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-03 14:00

“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar

blank
Digər idman növləri2024-05-03 13:45

Bu gün sonuncu yarımfinalçı müəyyənləşə bilər

blank
Əvəzedicilər2024-05-03 13:34

Əvəzedicilərin də cəzaları açıqlandı

blank
Digər idman növləri2024-05-03 13:25

Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq

blank
Ölkə futbolu2024-05-03 13:14

Üç futbolçuya dörd oyunluq cəza

blank
Digər idman növləri2024-05-03 13:07

Azərbaycan komandası “Prezident Kuboku”nda növbəti medalı qazandı

blank
I Liqa2024-05-03 13:00

I Liqanın lideri topdaşıyanlara görə cərimələndi

blank
Digər idman növləri2024-05-03 12:52

MBA-da daha iki 1/4 finalçı məlum oldu

blank
Premyer-liqa2024-05-03 12:44

“Neftçi” – “Turan Tovuz” matçı ilə bağlı sərt cəzalar

blank
Digər idman növləri2024-05-03 12:29

Basketbolda yunanların günü

blank
Digər idman növləri2024-05-03 12:15

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür

blank
Dünya futbolu2024-05-03 12:00

Lozano yenə PSV-dən ayrılır

blank
Dünya futbolu2024-05-03 11:45

“Benfika” iki vidaya hazırlaşır

blank
Ölkə futbolu2024-05-03 11:29

Het-trikə imza atdı, ən yaxşı adına namizəd oldu

blank
Ölkə futbolu2024-05-03 11:10

“Qəbələ” yetirmələri məyusdur: “Bakı”nın yaşadığı aqibəti…”

blank
Dünya futbolu2024-05-03 10:58

Avroliqada həftənin ən yaxşısı adına 2 namizəd

blank
Ölkə futbolu2024-05-03 10:35

Denis Silva “Neftçi”nin toparlanacağına inanır: “Məşqçi kimi Azərbaycana qayıtmaq əla olar”

blank
Dünya futbolu2024-05-03 10:17

Sane oynamayacaq

blank
Digər2024-05-03 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-05-03 09:45

Poçettino: “Kopperfild deyiləm”

blank
Ölkə futbolu2024-05-03 09:27

Qurbanov: “Yerli məşqçiyə güvənmək lazımdır”

blank
Dünya futbolu2024-05-03 09:10

Fransalı futbolçu AÇ-2024-ü buraxacaq

blank
Dünya futbolu2024-05-03 08:51

Messiyə daha bir mükafat

blank
Ölkə futbolu2024-05-03 08:35

“Azərbaycan çempionatı artıq tramplinə çevrilib”

blank
Dünya futbolu2024-05-03 08:17

“Tottenhem” “Çelsi”yə də uduzdu

blank
Milli komanda2024-05-03 08:00

Vay(ss) bizim halımıza?

blank
Dünya futbolu2024-05-03 01:15

“Fiorentina” qələbə qazandı, “Aston Villa” evdə uduzdu

blank
Dünya futbolu2024-05-03 01:03

Avroliqa: “Bayer”dən Romada qələbə, Marseldə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 23:47

Klublar Komitəsinin iclasında müzakirə olunan məsələlər bilindi

blank
Digər idman növləri2024-05-02 23:00

İlk yarımfinalçı bəlli oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm