Dünya futbolu
Əzizov oynamadı, komandası darmadağın oldu
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 15-ci…
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 15-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası – "Den Boş" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Maastrixt"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Ziya bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Den Boş" 15 turdan sonra 17 xalla 20 komanda arasında 14-cüdür.