Dünya futbolu
Türklər Dəniz Yılmazdan narazıdırlar
Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz Türki…
Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz Türkiyə Super Liqasının cari mövsümündə "Bursaspor"da uğursuz çxışı ilə diqqət çəkir. Futbolinfo.az xəbər verir ki, Super Liqanın geridə qalan 12 turu ərzində 6 oyuna çıxan 28 yaşlı hücumçu qol vura bilməyib.
O, cəmi bir məhsuldar ötürmə ilə yadda qalıb. Ötən mövsüm qış fasiləsində "Bursaspor"a keçən Yılmaz ümumilikdə 13 oyunda 6 qol vurub və 4 qol ötürməsi edib. Bu mövsümün əvvəlini zədə səbəbindən buraxan Dəniz sağalandan bəri baş məşqçi Hamza Hamzaoğlu tərəfindən start heyətdə meydana buraxılır və 90 dəqiqə meydanda olur. Amma 6 oyun, 540 dəqiqə ərzində onun qol vura bilməməsi azarkeşlərin də səbr kasasını daşırıb.
Qeyd edək ki, D.Yılmaz millimizdə bir oyun keçirib. O, Şimali İrlandiya ilə matçın 46-cı dəqiqəsində meydana daxil olub.