Premyer-liqa
Derbinin hakimi vərəqəni səhv saldı
Hazırda davam edən "Zirə" – "İnter" oyununda m…
Hazırda davam edən "Zirə" – "İnter" oyununda maraqlı hadisə yaşanıb. Futbolinfo.az xəbər verir ki, matçın 19-cu dəqiqəsində Pərdis Fərcad-Azad hava mübarizəsindən sonra baş hakim Orxan Məmmədov tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb.
Futbolçu hakimin bu qərarına etiraz edib. Daha sonra məsələ həll olunub. Referi ilk olaraq sarı vərəqə çıxarmalı olsa da, yalnışlıqla futbolçuya "qırmızı" göstərib.
Qeyd edək ki, hazırda oyunda hesab açılmayıb.