Premyer-liqa
Zaur Svanadze: "10 nəfərlə oynamaq çətin oldu"
Azərbaycan Premyer Liqasının 13-cü turu çərçiv?…
Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən "Zirə" – "İnter" (1:1) oyunundan sonra qonaqların baş məşqçisi Zaur Svanadze mətbuat konfransında haqda oyun fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, o, öncə bunları söyləyib:
– Qələbəyə çox yaxın idik. Amma son anda kiçik səhvimiz ucbatından 3 xalı əldən verdik. İlk yarıda yaxşı oynadıq. Skarlatakenin qovulmasından sonra müdafiəyə çəkildik və komandada əsəbilik yarandı. Adi ötürmələrdə səhvlər edirdik. 10 nəfərlə oynamaq çətin oldu.
– "Zirə"yə qarşı 2-ci matçda 90-cı dəqiqə qolu ilə qələbəni əldən verdiniz…
– Sadəcə, bunu diqqətsizliklə əlaqələndirmək olardı.
– Bu oyundakı nəticənin "Qarabağ"la oyuna köklənmə baxımından təsiri olacaqmı?
– Xeyr, köklənmədə problem görmürəm. "Neftçi" ilə matçda da məğlub olmuşduq, amma sonrakı turda qələbə qazanmışdıq.
– "Qarabağ"la oyunda Tərlan Quliyevi oynatmaq fikriniz var idi, yoxsa Skarlatakenin yoxluğu sizi qayğılandıracaq?
– Tərlan son zamanlar yaxşı oynayır. Amma öz mövqeyində çıxış etsə, daha yaxşı olardı. Bizim müxtəlif mövqelərdə oynaya biləcək futbolçularımız var.
ELMAR ABDULLA-ZADƏ