Ölkə futbolu
AFFA-nın layihəsi maraqla qarşılanıb
UEFA-nın ali marketinq mükafatı olan “UEFA KİSS Marketin…
UEFA-nın ali marketinq mükafatı olan “UEFA KİSS Marketing Awards 2016”nın qalibi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, Yunanıstanın paytaxtı Afinada keçirilən tədbir zamanı ən yaxşı kommersiya tərəfdaşlığı meyarı üzrə Polşa Futbol Federasiyası – PZPN-in lisenziyalaşdırma proqramı qalib layihə olub.
AFFA tərəfindən təqdim olunmuş “CBC Sport” lahiyəsi bu meyar üzrə müxtəlif milli assosiasiyalar tərəfindən təqdim olunmuş 16 layihə arasında 3 ən yaxşı layihə kimi seçilib və maraqla qarşılanıb.
“UEFA KİSS Marketing Awards” hər iki ildən bir keçirilir və UEFA-ya daxil olan milli assosiasiyaların marketinq sahəsində tətbiq etdiyi layihələr 5 meyar üzrə qiymətləndirilir.
2 il öncə AFFA tərəfindən keçirilmiş “3×3 qızlar” turniri ən yaxşı kütləvi futbol layihəsi meyarı üzrə mükafatlandırılıb və layihə UEFA-nın qadın futbolu inkişafı proqramları üzrə hesabatında ən yaxşı təcrübə nümunəsi kimi göstərilib.