Dünya futbolu
Təyyarə qəzasında ölənlərin daha biri Azərbaycanda oynayıb
Kolumbiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki “Şape…
Kolumbiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki “Şapekoense” klubunun futbolçularından daha birinin vaxtilə Azərbaycan Premyer Liqasında çıxış etdiyi məlum olub. Futbolinfo.az xəbər verir ki, bu, Filip Joze Maçadodur.
O, 2010/2011-ci il mövsümündə Bakının “İnter” klubunun formasını geyinib. 32 yaşlı müdafiəçi Bakı təmsilçisinin heyətində 9 oyun keçirib.
Daha öncə "Xəzər Lənkəran"ın sabiq üzvü Villiam Tieqo de Xesusun da təyyarədə olduğu açıqlanmışdı.
Son məlumatlara görə, qəza nəticəsində göyərtədə olan 81 nəfərdən 6-sı sağ qalsa da, "İnter" və "Xəzər Lənkəran"ın sabiq üzvlərinin adı ölənlərin siyahısındadır.

- Ölkə futbolu2023-09-06 14:43
Əmrah Çəlikəl: “Şahruddinin “Adana Dəmirspor”a keçidinə icazə verdik”
- Ölkə futbolu2023-09-06 12:14
II Liqa: neqativlərin kölgəsində qalan müsbət məqamlar
- Premyer-liqa2023-09-06 17:00
Klublarımızın yay bazarlığı – YENİLƏNİB
- Müsahibə2023-09-06 08:00
Rahid II Liqada çempionluq istəyir: “Futbolu elə Qusarda bitirməyim düzgün olar”