Ölkə futbolu
"İnter" aviaqəzadə həlak olan sabiq futbolçusunu belə andı – FOTOLAR
Kolumbiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki “Şape…
Kolumbiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki “Şapekoense” klubunun futbolçularından daha birinin vaxtilə Azərbaycan Premyer Liqasında çıxış etdiyini xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, bu, Filip Joze Maçadodur.
O, 2010/2011-ci il mövsümündə Bakının “İnter” klubunun formasını geyinib. 32 yaşlı müdafiəçi Bakı təmsilçisinin heyətində 9 oyun keçirib.
Daha öncə "Xəzər Lənkəran"ın sabiq üzvü Villiam Tieqo de Xesusun da təyyarədə olduğu açıqlanmışdı.
Son məlumatlara görə, qəza nəticəsində göyərtədə olan 81 nəfərdən 6-sı sağ qalsa da, "İnter" və "Xəzər Lənkəran"ın sabiq üzvlərinin adı ölənlərin siyahısındadır.
Bu arada "İnter" keçmiş futbolçusunun arxiv fotolarını yayıb və bunlar qeyd olunub: " Bakı, 2010-ci il. 2010-2011 mövsümündə “İnter”in formasını geyinmiş Filipe Maçado Yeni il təqvimi üçün hazırlanan fotoçəkilişlərdə iştirak etmişdi. Təyyarə qəzasında onun da həlak olduğu bildirilir.
Allah rəhmət eləsin!"