Ölkə futbolu
"Qarabağ"la "Qəbələ"nin son Avroliqa matçında bir dəqiqəlik sükut
UEFA Çempionlar Liqasının və Avropa Liqasının qrup mərhə…
UEFA Çempionlar Liqasının və Avropa Liqasının qrup mərhələsinin son turunun oyunları bir dəqiqəlik sükutla başlayacaq. Futbolinfo.az xəbər verir ki, Avropa klubları bununla Braziliyanın "Şapekoense" komandasının bir neçə gün öncə Kolumbiyada faciəvi təyyarə qəzasında həyatını itirən əməkdaşlarının və futbolçularının xatirəsini yad edəcəklər.
Bu barədə UEFA qərar qəbul edib. Qərara əsasən, Azərbaycanı Avroliqada təmsil edən "Qarabağ"la "Qəbələ" klublarının da oyunları bir dəqiqəlik sükutla start götürəcək.
Qeyd edək ki, dekabrın 8-də "Qarabağ" doğma meydanda İtaliyanın "Fiorentina" klubunu qəbul edəcəksə, "Qəbələ" səfərdə Almaniya "Maynts"ı ilə qarşılaşacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…