Bizi izləyin

Ölkə futbolu

Rəşad Sadıqovdan hakimlərə çağırış: "Lehimizə 100 faizli penalti olanda da təyin etməyin"

Milli komandamızın və “Qarabağ”ın kapitanı Rəşad S…

blank
Milli komandamızın və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 13-cü turunda “Qəbələ”ylə qalmaqallı matçda zədə səbəbindən iştirak etmədi. Buna baxmayaraq, təcrübəli müdafiəçiyə veriləsi suallarımız yetərincə idi. Futbolinfo.az saytına verdiyi müsahibədə Sadıqov həm “Qəbələ”ylə oyunla bağlı bütün sualları cavablandırdı, həm hakimliyə dair fikirlərini bildirdi, həm də Avropa Liqasının qrupundakı son matçdan danışdı.
 
– Olduqca məyusam. Bu cür söz-söhbətlə qalib gəlməkdənsə, kaş uduzaydıq. Allah şahiddi ki, “Qarabağ” heç vaxt hansısa oyuna getməyib. Nə qazanmışıqsa, alın tərimizlə, zəhmətimizlə əldə etmişik. Son illərdə belə keyfiyyətli futbol görməmişdim. Hər iki komanda fantastik oyun sərgilədi. O qədər taktiki, fiziki, texniki mübarizələr getdi ki… sadəcə, zövq alırdım. Qarşılaşmanı UEFA-dan gələn təlimatçıyla izləyirdim. O da etiraf etdi ki, Azərbaycan çempionatında bu cür oyuna şahidlik edəcəyini ağlından keçirmirdi. “Qarabağ” da, “Qəbələ” də ölkəmizi Avropada ən yüksək səviyyədə təmsil edir. Bu komandaya hamımızın böyük simpatiyası var. Uğurlarına daim sevinmişik. Bilirəm ki, onlar da bizə qarşı eyni münasibətdədilər. Təəssüf ki, sonluq bu cür alındı. Heç ilk dövrədə Qəbələdən məğlub ayrılanda bu qədər məyus deyildim.
 
– Rəhim Həsənovun idarəçiliyindəki ümumi qüsurları qoyaq bir kənara, təyin olunan penalti və əsas vaxta əlavə edilən dəqiqələr barədə fikrini bilmək istəyərdik.
– Necə cavab verim ki, düzgün başa düşülüm? “Qəbələ”nin etirazını çox gözəl başa düşürəm. Ancaq hər iki epizodla bağlı şəxsi fikirlərimi bildirəcəm. Top əvvəlcə müdafiəçinin üzünə dəyir, daha sonra əlinə. Əlinə dəydikdən sonra istiqamətini dəyişir. Bədənə toxunduqdan sonra ələ dəyən topa görə penaltinin təyin edilib-edilməməsini dəqiq bilmirəm. Bu incəlikləri hakimlər bilir. Ancaq yenə də təkrar edirəm, kaş ki, o penalti təyin olunmayaydı və biz uduzaydıq. Çünki komandamız heç vaxt hakim köməyi ilə qələbə qazanmaq istəməyib. Yenə də o fikirdəyəm ki, Rəhim Həsənovun bizə kömək etmək məqsədi olmayıb. Qəbələdəki oyunu da o, idarə etmişdi. Özü də diqqət yetirin, cəmi 3 oyunda xal itirmişik və bunların ikisinin baş hakimi Rəhim Həsənov olub. Gəncədə xal itkisinə məruz qaldıqdan sonrakı turda Qəbələdə uduzduq. Yəni, “Qəbələ”yə qarşı ikinci dövrədəki oyuna Rəhimin təyinat alacağını eşidərkən biz məyus olub, çəkinməli idik. Ancaq heç vaxt oyunu kimin idarə etməsi bizi düşündürməyib. Saytınız vasitəsi ilə üzümü hakimlərə tutub deyirəm: lehimizə 100 faizli penalti olanda da təyin etməyin! Qardaş, istəmirik. Alın yazımız nədirsə, ona da imza atacağıq. Dəxli yoxdu, çempion olacağıq, yoxsa digər əyarlı medala sahib çıxacağıq. Biz həmişə təmiz futbolun tərəfdarı olmuşuq.
 
– Rəşad, bəs, sualın ikinci hissəsi?
– Son dəqiqələri yenidən bir neçə dəfə izləmişəm. Riçard Almeyda qırmızı vərəqə aldıqdan sonra top iki dəfə “Qəbələ”nin futbolçularına düşür. Bizim komanda azlıqda idi və təbii ki, rəqibin fərqlənmək şansı daha çox idi. Məntiqlə biz etiraz etməliyik ki, vaxt qurtarıb, oyunu niyə bitirmirsən? İndi də saniyəölçən haqda. Almeydaya qırmızı vərəqə verilərkən, əlavə olunmuş vaxtın bitiminə 21 saniyə qalmışdı. Ara sakitləşdikdən sonra isə 61-ci saniyədə Ndlovu qola imza atdı. Yəni, təqribən 40 saniyə artıq oynanıldı. Şəxsi fikrimdi, oyunu top mərkəz dairə yaxınlığında olarkən, yaxud auta çıxarkən bitirmək olardı. Ancaq bunu “hakim “Qarabağ”ın qalib gəlməsini istəyirdi” kimi yozmaq doğru deyil. Gəlin, qırmızı vərəqə verilən epizodu xatırlayaq. Riçard Ozobiçi tutub saxlayır və Filip onun üzərinə şığıyır. Baş-başa gəlirlər. Orda futbolçumuz onu vurmur, hər ikisi baş-başa toxunurlar. Lakin “Qəbələ”nin futbolçusu özünü yerə atır. Nəticədə aparıcı oyunçumuz 4 oyunluq diskvalifikasiya olunur. Gördüyünüz kimi, bizim də şikayət etmək üçün əlimizdə faktlar var. Ancaq “Qəbələ”ni də başa düşürəm. “Qarabağ”a təmiz futbol lazımdı.
 
– Necə düşünürsən, eyni epizod “Qarabağ”ın cərimə meydançasında yaşansaydı, Rəhim Həsənov penalti təyin edərdi?
– Buna 100 faiz əminəm! Yuxarıdakı qeydlərimi təkrarlamaq istəmirəm. Sadəcə, 2 dövrə ərzində cəmi 3 oyunda xal itirdiyimizi xatırladıb, bu qarşılaşmalardan ikisində hakimin Həsənov olduğunu qeyd edirəm.
 
– Müsahibə zamanı bir neçə dəfə məyus olduğunu, qarşılaşmanın belə qalmaqalla bitməsini istəmədiyini vurğuladın. Komandanın kapitanı kimi, oyunun yenidən keçirilməsi təklifinə də münasibətini bilmək istəyərdik.
– Öz adımdan deyirəm, əgər bu cür qərar verilsə, buna heç bir etirazım olmaz! Əminək ki, “Qarabağ”ın bütün üzvləri də bu cür cavab verər!
 
– Kapitan, qarşıdan “Fiorentina”ya qarşı ölüm-dirim matçı gəlir.
– Rəqibin gücü haqda geniş danışmağa ehtiyac yoxdu. İtaliya futbolunun tanınmış klublarından biridi. İlk oyunda da səviyyələrini ortaya qoydular. Bakıda bizi olduqca çətin 90 dəqiqə gözləyir.
 
– “Bənövşəilər”in ən təhlükəli “silah”ı nəyi hesab edirsən?
– Onlar 5-4-1 və ya 3-6-1 sxemindən istifadə edirlər. Belədə, hücuma qoşularkən, futbolçuları meydanboyu səpələnir. Özü də eyni nöqtəyə deyil, hər dəfə müxtəlif xətlər üzrə. Bu cür rəqiblərə qarşı oynamaq bizim üçün olduqca ağır olur. Diqqət yetirmisinzsə, bu üslubda “İnter”lə “Sumqayıt” oynayır ki, hər iki komandaya qarşı görüşlərdə daim əziyyət çəkirik.
 
– Elə bir komanda yoxdu ki, onun zəif yeri olmasın. Səncə, italyanlarda bu, nədi?
– Biz onları ən yüksək həddə olan motivasiya və əzmkarlıq hesabına məğlub edə bilərik.
 
– Yəqin ki, bir qulağınız da digər qarşılaşmada olacaq…
– Nə gizlədim, əlbəttə! Çünki təsəvvür edin, başıalovlu hücuma atıldıq və uduzduq. Sonra da eşitdik ki, PAOK-la “Slovan” bərabərə qalıblar. Doğrudu, məşqçi heyəti hələ ki, hansı taktiki sxemdən istifadə edəcəyimizə dair tapşırıqlarını verməyib. Ancaq düşnürəm ki, ilk dəqiqələrdən irəli atılmayacağıq. Bu rəqib olduqca təhlükəlidi.
 
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-01 00:57

ÇL: “Bayern” və “Real”dan ilk oyunda məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm