Ölkə kuboku
"Neftçi" həm "bürünc"ü, həm də qəza qurbanlarını yad etdi – FOTOLAR
Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsi…
Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində "Neftçi" öz meydanında "Şərurspor"u qəbul edir. Futbolinfo.az xəbər verir ki, oyuna xırda tədbirlə başlayıb.
Belə ki, iki gün əvvəl bakılıların 1966-cı ildə SSRİ çempionatında qazandığı bürünc medalın 50 ilinin tamam olması münasibətilə həmin dövr "ağ-qaralar"ın şərəfini qorumuş Yaşar Babayev klubun Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayev tərəfindən mükafatlandırılıb. Sözügedən komandada çıxış etmiş Kazbek Tuayev isə Rusiyada olduğundan mərasimdə iştirak edə bilməyib.
Hədiyyə təqdim olunan vaxt "Forza Neftçi"nin üzvləri "Banişevskinin ruhu göynəyir" şüarı diqqətdən yayınmayıb. Bundan başqa, bakılı azarkeşlər 1966-cı ildə olduğu kimi, "Бронза нам, остальное вам"! pankartını açıblar.
Həmçinin, iki gün öncə təyyarə qəzasında həlak olan Brazilyanın "Şapoenense" klubunun üzvləri də unudulmayıb. Belə ki, tərəfdarlar "Forza Chape" pankartını açıblar. Matç isə 1 dəqiqəlik sükutla başlayıb.