Dünya futbolu
Əzizov qol vurdu, komandası xal itirdi
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 17-ci…
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 17-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası – "Den Boş" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Dordrext"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Ziya bu görüşə start heyətdə başlayıb. O, matçın 33-cü dəqiqəsində qol vuraraq, komandasını hesabda önə keçirib – 2:1. 84-cü dəqiqədə isə baş məşqçi futbolçumuzu əvəzləyib.
Qeyd edək ki, "Den Boş" 17 turdan sonra 21 xalla 20 komanda arasında 13-cüdür.