Ölkə kuboku
Qurban Qurbanov: "Mənim yadımdan çıxmadı"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərba…
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Səbail"ə qarşı oyundan sonra fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, o, öncə bunları söyləyib:
– Normal oyun sərgilədik. Nəticə üçün çıxış etdik. Düzdü, fasilədən sonra rəqib mübarizə apara bilmədi. Amma ilk dəqiqələrdən bizim üçün çox çətin oldu. 2:0 dan sorna rəqib fərqlənə bilərdi. "Səbail"ə uğurlar arzu edirəm.
– Matçdan əvvəl qarşılaşmanın Tofiq Bəhramov adına Respubilka stadionunda keçiriləcəyi deyilirdi…
– Belə bir fikir oldu. Hava yağışlı keçdiyindən stadion əməkdaşları ot örtüyünə ziyan olacağını dedilər. Ona görə də alınmadı. Amma orada oynamağı çox istəyərdik.
– Matç ərzində bir anlıq da olsa, "Fiorentina" ilə matçdan uzaqlaşıb, bu qarşılaşmaya köklənə bildiniz?
– Mənim yadımdan çıxmadı. Çalışırdım ki, oyunçularımız bu matça köklənsin. Nə qədər özümü unutmuş kimi göstərsəm də, bu haqda düşünürdüm.
– Bu gün elə bir taktiki gediş oldumu ki, "Fiorentina"ilə matç üçün bu gün onu sınaqdan keçirdiniz?
– Xeyr, fərqli komandalar və sistemlərdi. Əsas olan oyunçularımın formadadan düşməməsi idi. Əsas məqsədimiz bütün futbolçuların eyni səviyyədə olmasıdı.
– Ölkə kubokunun 1/4 final mərhələsində "Sumqayıt"la qarşılaşacaqsınız. Bu oyun barədə nə deyə bilərsiniz?
– "Sumqayıt"la oyunlarımız həmişə çətin keçir. Çünki fərqli sistemdə çıxış edirlər və istəklidilər. Daim aqresiv olurlar. İndi əsas fikrimiz "Fiorentina" ilə oyuna köklənməkdi.
– Rəşad Sadıqovun durumu nə yerdədi?
– Rəşad hazırda məşq edir. Həkimlərin qərarından çox şey asılı olacaq.
– Rəşad oynasa, gələcək kareyasına təhlükə ola bilərmi?
– Həkimlər 100 faiz əmin olmasa, oynamayacaq.
– Rəşadsız oynamaq komandada fobiya yaratmır?
– Hamı bir kapitana öyrəşəndə və o olmayanda hamıya təsir edir. Meydanda lider olsa, futbolçularda arxayınlıq olur. Hanısa futbolçunun yoxluğu məşqçinin əlində kartların azalması deməkdi.
– Maksim və Madeyra olmayacaq. Sonuncu dəfə nə vaxt belə gərgin vəziyyətlə üzləşmisiz?
– "Zaltsburq"la cavab matçı yadıma gəlir. O zaman da bir çox futbolçumuz zədəli və cəzalı idi. Həmçinin, "İnter"lə oyunöncəsi də bu vəziyyətlə üzləşmişdik.
ELMAR ABDULLA-ZADƏ