Ölkə futbolu
“Zirə” dəyişikliklər astanasında – yeni rəhbərlik gəlir
“Zirə” dəyişikliklər astanasındadır. Futbolinfo.az &…
“Zirə” dəyişikliklər astanasındadır. Futbolinfo.az "Fanat"a istinadla xəbər verir ki, yaxın vaxtlarda paytaxt klubunda yeni təyinatlar olacaq. Ötən mövsüm Premyer Liqada debüt edən qəsəbə təmsilçisinə rəhbərlik edən şəxslər başqaları ilə əvəzlənir.
“Zirə”nin prezident kreslosu artıq xeyli müddətdir boş qalıb. Sabiq başqan Vüqar Astanov avqustun 9-da işlərinin çoxluğunu əsas gətirərək, vəzifəsindən gedib, işlər müvəqqəti olaraq icraçı direktor Natiq İsmayılova həvalə olunub. Bu səbəbdən “mavi-qırmızılar”ın yeni prezidentlərinə qovuşacağı gözləniləndir.
Lakin klubdakı dəyişiklik yalnız prezident təyinatı ilə məhdudlaşmayacaq. Rəhbərliyin əl dəyişdirməsini zəruri edən səbəb klubun baş sponsoru “Azfar Group”da gedən proseslərdir.
Astanov işlərinin çoxluğuna görə deyil, sözügedən şirkətin təsisçisinin, rəhbər şəxslərinin başqaları ilə əvəzlənməsindən dolayı prezident postu ilə vidalaşıb.
“Azfar Group”dakı yeniləmələr “Zirə”nin Müşahidə Şurasının tərkibinin də dəyişdirilməsini zəruri edir. Faktiki olaraq, hazırda qəsəbə təmsilçisidə şuranın adı var, yerlər isə boşdur.
Şirkətdəki dəyişikliklərin fonunda “Zirə”nin strukturunda da yeniliklər gözlənilir. Klubun yeni sahiblərinin məşqçi heyətini də yeniləməsi mümkündür.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq