Ölkə futbolu
“Qəbələ” ilə oyunda yeganə hədəfimiz qalib gəlməkdi”
“Bavariya” ilə matçın nəticəsini qeyri-qənaət…
“Bavariya” ilə matçın nəticəsini qeyri-qənaətbəxş sayıram. Belə məğlubiyyət çox üzücü idi”.
Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, bu sözləri Almaniyanın “Maynts” klubunun baş məşqçisi Martin Şmidt deyib.
Avropa Liqasının qrup mərhələsində Azərbaycan təmsilçisi “Qəbələ”nin rəqibi olan Bundesliqa klubunun çalışdırıcısı “Bavariya” ilə görüşdəki 1:3 hesablı məğlubiyyətə şərh verib.
Şmidt 3 gün sonra keçiriləcək avrokubok qarşılaşması haqda da danışıb. Son tur öncəsi 1/16 final şanslarını itirən “Maynts”ın çalışdırıcısı “Qəbələ” ilə formal xarakter daşıyan matça 3 xal üçün çıxacaqlarını da qeyd edib: “Futbolçularımızdan narazı qaldım. “Bavariya”nın ilk qolundan sonra onların matça köklənməsi itdi. “Qəbələ” ilə qarşılaşmada üzərimizdə heç bir təzyiq olmayacaq. Bu, həm heyətdə eksperiment etməyə, həm də oyunçuların meydana rahat çıxmasına imkan yaradacaq. İstənilən halda, yeganə hədəfimiz qalib gəlməkdi. Bu üzdən matça çox ciddi yanaşırıq”.
Qeyd edək ki, “Maynts” – “Qəbələ” qarşılaşması dekabrın 8-də keçiriləcək.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq