Ölkə futbolu
Öncə Qurban Qurbanov, sonra Paulo Souza
Avropa Liqasının qrup mərhələsinin son turu çərçiv…
Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Fiorentina” matçının oyunöncəsi məşqlərinin və mətbuat konfranslarının vaxtı bəlli olub. Futbolinfo.az xəbər verir ki, matçdan bir gün əvvəl – dekabrın 7-də baş tutacaq mətbuat konfransında jurnalistlər önünə ilk olaraq ağdamlıların çalışdırıcısı Qurban Qurbanov çıxacaq.
O, 17:30-dan etibarən KİV nümayəndələrinin suallarını cavablandıracaq. Bundan 30 dəqiqə sonra isə təmsilçimiz ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqə çıxacaq. Saat 19:30-da isə italyanların çalışdırıcısı Paulo Souza mətbuat konfransı keçiriləcək. 20:00-da isə “bənövşəyilər” son hazırlığa start verəcəklər.
“Qarabağ”ın məşq və konfransı Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda, “Fiorentina”nınkı isə qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respubilka stadionunda baş tutacaq.
Qeyd edək ki, sözügedən matç dekabrın 8-də keçiriləcək və saat 20:00-da start götürəcək.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə
- Digər idman növləri2024-05-03 16:28
“Prezident Kuboku”: Azərbaycan səkkizinci medalı qazandı