Bizi izləyin

Ölkə futbolu

Çempionluğu “Qəbələ” rəhbərliyi də istəməlidi

Bir həftə içində iki “Qəbələ” gördü…

blank
Bir həftə içində iki “Qəbələ” gördük. Öncə “Qarabağ”la çempionat matçında əla oyun göstərib uduz(durul)an, daha sonra kubokda “Zaqatala” qarşısında aciz qalıb penaltilərlə mərhələ adlayan komanda.
 
Təzaddı. Elə “Qəbələ”nin bu heyətlə çempionluq mübarizəsindən qopmaması da təzaddı. Əsas rəqibi “Qarabağ”la yarışda daha zəif büdcəyə, heyətə malik olmaqla qızıl medal arzusundan əl çəkməmək kollektivin fədakarlığından başqa bir şey deyil. Pulun daha çox olduğu vaxtlarla müqayisədə, indi “Qəbələ” nəticə baxımından daha yaxşıdı. Bununla belə, finişdə belə durumla davam gətirmək olmayacaq.
 
“Qəbələ” çempion ola bilməz. Çempionluğu Roman Qriqorçuk qədər rəhbərlik də istəməlidi.
 
Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən oyunlar arasında ən çox diqqətçəkən məqam çempionluğa iddialı “Qəbələ”nin evdə 1-ci divizion təmsilçisi “Zaqatala”nı 120 dəqiqə ərzində üstələyə bilməməsi oldu. Qonaqların baş məşqçisi Şaban Şirdanov matç ərzində heç bir dəyişikliyə əl atmadan güclü rəqib qarşısında 2 saat davam gətirən kollektiv seçə bilmişdi.
 
“Qırmızı-qaralar”ın diviziondan olan rəqibi üstələyə bilməməsi də göstərdi ki, komandada hər şey qaydasında deyil. Baş məşqçi əlinin altındakı döyüşkən “11-lik”də dəyişiklik edən kimi işlək motorda problemlər ortaya çıxır. Əvəzedicilərin səviyyəsi qaneedici olmadığından komandada xaos başlayır və nəticə pisləşir.
 
Faktiki “Qəbələ”də çempionluğa oynayan komandanın yükünü çəkmək gücündə olan 12-13 futbolçu var. Rəşad Eyyubov, Ürfan Abbasov, Asif Məmmədov, Tellur Mütəllimov və heyətdəki əksər gənclər Qriqorçukun tələblərini yerinə yetirə biləcək gücdə deyil. Petar Franyiç ilk gündən özünü doğrultmayıbsa, Rafael Santosda da ciddi geriləmə var. Hətta bu futbolçuların məcburiyyətdən – oyunçu qıtlığı üzündən heyətdə olduğunu da deyə bilərik.
 
Nə etməli? Bu sualı “Qəbələ” rəhbərliyi özünə verməlidi. Həqiqətən çempionluq, komandanın inkişafını, uğurların davamını istəyirlərsə, problemin həllini tapmalıdılar. “Qəbələ” Azərbaycanda brendə çevrilməkdədi, qitə səhnəsində də nəticələri yaxşılaşdırmağa ümid var. İndiki məqamda yeganə lazım olan komandaya diqqəti artırmaq, kəsilmiş büdcəni bərpa etməkdi. Baş məşqçinin, inzibati heyətin, kollektivin əməyi heyfdi, əziyyət çəkib, iş görüblər. İndi klub rəhbərliyi onlara dəstəyini əsirgəməməli, heyəti həqiqətən gücləndirəcək futbolçuların alışı üçün vəsait xərcləməlidilər.
 
Komandanın bu gün əla forvarda, sağ cinah müdafiəçisinə, kənar yarımmüdafiəçilərə ciddi ehtiyacı var. Elə dayaq yarımmüdafiəçi funksiyasını yerinə yetirən Rəşad Sadiqova da layiqli əvəzedici lazımdı. Rotasiya aparılması mümkün olan, hansısa futbolçunun yoxluğu hiss olunmayan heyətlə Qriqorçuk “Qarabağ”la mübarizə aparacaq komanda qura bilər. Hər nə qədər çətin olsa da, bu işi elə qışda görmək lazımdı. Heç nə itirilməyib, digər Premyer Liqa klublarından yaxşı yerli oyunçular da tapmaq olar, uyğun qiymətə əcnəbi də – təki rəhbərlik kisənin ağzını açsın.
 
Çempionatdakı məlum limitə görə Qriqorçuk hər tur hansısa əcnəbi oyunçusunu məcburiyyətdən ehtiyatda oturdur. “Qırmızı-qaralar”ın yerlilərindən isə yalnız Ruslan Qurbanov istənilən səviyyədə oyun sərgiləyə bilir. Cavid Hüseynov məlum səbəblərdən hələ tam formada deyil, Məhəmməd Mirzəbəyovun çıxışını isə normal saymaq olar. Amma digərləri “Qəbələ”ni çempionluğa daşıyacaq gücdə deyil. Avrokuboklarda əsasən, əcnəbi oyunçulara güvənən Qriqorçukun komandasının oyununu burada da məhz meydana buraxdığı az sayda olan yerlilər korlayır. Məsələn, “Anderlext”lə matçlarda Mirzəbəyovla Rəşad Eyyubovun, “Maynts” və “Sent Etiyen”lə Bakıdakı qarşılaşmada Rəşad Sadiqovun kobud səhvləri “qırmızı-qaralar”ın xalsız qalmağına səbəb olmuşdu.
 
“Qarabağ”la oyundakı məlum hakim səhvi danılmazdı. Lakin “Qəbələ” bir səhvin altında əziləcək vəziyyətdə olmamalıdı. “Zaqatala” ilə oyun göstərdi ki, komandada sabitlik və rotasiyaya imkan verən heyət yoxdu. Qızıl medal istəyən komandanın 2 bərabərgüclü heyəti olmalıdı, “Qəbələ”də isə bunun heç biri də tam deyil.
 
ELMAR ABDULLA-ZADƏ
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Digər idman növləri2024-04-23 13:47

Azərbaycan çempionatında ilk finalçı məlum oldu

blank
Dünya futbolu2024-04-23 13:33

Pioli “İnter”in gücünü etiraf etdi

blank
Digər idman növləri2024-04-23 13:16

Nadalın oyunu tarixə düşəcək

blank
Dünya futbolu2024-04-23 13:01

Martines 2029-cu ilədək “İnter”də qalacaq

blank
Ölkə futbolu2024-04-23 12:48

Yapon futbolçu: “Avrokuboklara gedə bilərik”

blank
Ölkə futbolu2024-04-23 12:31

AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm