Ölkə futbolu
"Qəbələ"nin Almaniyaya səfər planı
Avropa Liqasının qrup mərhələsi çərçivəsində &ld…
Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Maynts”ın qonağı olacaq “Qəbələ”nin səfər planı bəllidi. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” matçdan bir gün öncə – dekabrın 7-də Qəbələ hava limanından Frankfurta yola düşəcək.
Komanda burada “Hyat” oteldə məskunlaşacaq. Elə həmin gün yerli vaxtla saat 18:30-da təmsilçimizin çalışdırıcısı Roman Qriqorçuk oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Bundan yarım saat sonra isə komanda oyunöncəsi son məşqinə çıxacaq.
Heyətdə zədəli yoxdu. Yalnız ötən matç qırmızı vərəqə alan Rəşad Eyyubov görüşü cəza səbəbindən buraxacaq.
Qeyd edək ki, sözügedən matç dekabrın 8-də “Maynts Arena”da keçiriləcək və saat 22:00-da start götürəcək.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO