Müsahibə
Paulo Souza: "İtalyan həmkarlarınızdan soruşun"
Avropa Liqasının qrup mərhələsinin son turu çərçiv…
Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq "Fiorentina"nın baş məşqçisi Paulo Souza mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, İtaliya təmsilçisinin portuqaliyalı məşqçisi ehtiyatlı açıqlamalarla yadda qalıb.
– İlk dəfədir ki, açıq məşqi 15 dəqiqə deyil, tam şəkildə izləmək şansı verildiyini görürük. Bu, arxayınlıqdan qaynaqlanır, yoxsa başqa səbəb var?
– Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. "Qarabağ" da bu sıraya daxildi. Elitar məşqçiləri var, keyfiyyətli futbolçulara sahibdilər. Sadəcə, biz dəfələrlə bu imkanı yaratmışıq.
– PAOK-a uduzarkən azərbaycanlı futbolsevərlərin hansı hissləri keçirdiyini təsəvvürünüzə gətirdinizmi?
– Əlimizdən gələn hər şeyi etdik. Təəssüf ki, məğlub olduq.
– "Qarabağ"la ilk oyunda rəqib komandanıza xeyli problem yaratdı. Sabahkı oyun haqda nə düşünürsünüz?
– "Qarabağ" qrupda ən güclü rəqiblərdən biridi. Bəli, evdə ilk 20 dəqiqədə çətinlik yaşadıq. Ancaq sonra sürəti artırdıq və istəyimizə çatdıq. Başlıca məqsədimiz topla və topsuz təşəbbüsü əldən verməməkdi.
– Start "11-liy"ini açıqlaya bilərsinizmi? Açıqlamayacaqsınızsa, nəyə görə?
– İtalyan həmkarlarınızdan soruşun. Onlar bizim start heyətini həmişə dəqiqliyi ilə tapırlar. Futbolçulara heyəti açıqlamayınca, mediaya söyləyə bilmərəm.
– Qarabağ tarixi barədə məlumatınız varmı?
– Xeyr, təəssüf ki, xəbərsizəm. Ancaq bir şeyi deyə bilərəm ki, komandanız Avropada özünü artıq hamıya tanıdıb.
CEYHUN ƏLİYEV
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Müsahibə2024-04-16 08:00
Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”