Ölkə futbolu
AZAL-da 2 yeni baş məşqçi
Uşaq futbol komandalarında ciddi problemlər olan AZAL bunların ara…
Uşaq futbol komandalarında ciddi problemlər olan AZAL bunların aradan qaldırılması üçün işə başlayıb. Futbolinfo.az xəbər verir ki, şüvəlanlılar liqalarda mübarizə aparan komandalarını yenidən qurmaq üçün baş məşqçi postlarını daha təcrübəlilərə həvalə etməkdədi.
“Qəbələ” akademiyasında seleksiyaçı işləyən Əli Abışov bundan sonra AZAL-ın U-14 komandasına da rəhbərlik edəcək. Onun qarşısına qoyulan əsas vəzifə gələn mövsüm 15 yaşlılardan ibarət komandada oynayacaq bacarıqlı futbolçular yetişdirməkdi. AZAL-ın U-15 komandasının durumu yaxşı deyil və rəhbərlik problemi bu yolla aradan qaldırmaq istəyir.
Bu, AZAL-dakı yeganə təyinat deyil. Cari mövsümdə I divizionda mübarizə aparan MOİK-dən ayrılan Müşfiq Qənbərov bundan sonra Şüvəlan təmsilçisində işləyəcək. Gənc çalışdırıcı AZAL-ın U-19 komandasına təyin olunub.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar