Müsahibə
Paulo Souza: "Matç heç də asan olmadı"
Avropa Liqasının qrup mərhələsinin son turunda səfərdə “…
Avropa Liqasının qrup mərhələsinin son turunda səfərdə “Qarabağ”a qalib gələn (2:1) “Fiorentina”nın baş məşqçisi Paulo Souza oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis oyunla bağlı bunları deyib:
– Heç vaxt məğlubiyyət barədə düşünmürük. Bu gün gözəl futbol oynayan komandaya qarşı oynadıq. Həmkarımı təbrik edirəm. Həqiqətən də bizə qarşı layiqli mübarizə apardılar.
– Oyun sizin üçün çətin keçdimi?
– Bəli, matç heç də asan olmadı. Gözəl, hücum futbolu sərgiləyən rəqibə qarşı oynadıq. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq. Komandanın qarşısında duran vəzifə yolumuza bu cür davam etməkdi.
– Qırmızı vərəqə alan Kyezanın təcrübəsizliyi hiss olundumu?
– Kyeza yeni-yeni heyətə düşür. O, gələcəkdə özünü daha da inkişaf etdirəcək. Biz hər bir oyunçunun üzərində işləyirik.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq