Bizi izləyin

Ölkə futbolu

"Qəbələ"nin Avroliqada 3-cü sınağı: 21 futbolçu, 5 qələbə, 20 qol

Avrokuboklarda 2016/17 mövsümünün ilk yarısı ba?…

blank

Avrokuboklarda 2016/17 mövsümünün ilk yarısı başa çatdı. Futbolinfo.az xəbər verir ki, ardıcıl 3-cü dəfə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Qəbələ” çıxışını dayandırdı.

Ötən mövsüm olduğu kimi, qrup mərhələsinədək irəliləyən “qırmızı-qaralar”ın qitə miqyaslı turnirdəki mübarizəsi 162 gün sürdü. İyunun 30-da ilk matçına çıxan komanda dekabrın 8-də keçirdiyi görüşlə mövsümü yekunlaşdırdı. “Qəbələ”nin avrokuboklardakı 3-cü sınağı bir sıra rekordlar və maraqlı məqamlarla əlamətdar oldu:

– “Qəbələ” mövsümdə 14 oyun keçirib. Bu, Azərbaycan klubları üçün rekordun təkrarıdır. “Qırmızı-qaralar” ötən mövsümdə müəyyənləşdirdiyi rekordu təkrarlayıb.
– Komanda 14 oyundan 5-də qələbə qazanıb. Bu, Azərbaycan klublarının rekordunun təkrarıdır.
– “Qırmızı-qaralar” digər qarşılaşmalarda 1 heç-heçə edib və 8 dəfə məğlub olub.
– “Qəbələ” bu nəticələrlə UEFA reytinqinə 1,375 xal qazandırıb.
– Komanda 14 oyunda 20 qol vurmaqla Azərbaycan klublarının mütləq rekordunu müəyyənləşdirib. “Qəbələ”nin orta məhsuldarlığı 1,43-ə bərabər olub.
– “Qırmızı-qaralar” bu matçlarda 21 top buraxıb.
– Dmitri Bezotosnı 14 matçdan ikisində qapısını toxunulmaz saxlayıb. “Qəbələ” isə 14 qarşılaşmadan 11-də qol sevinci yaşayıb.
– Təsnifat mərhələsində keçirdiyi 8 oyunda 5 qələbə qazanan “Qəbələ” 1 heç-heçə edib və 2 dəfə məğlub olub. Komanda bu görüşlərdə 15 top vurub, 7-ni buraxıb.
– Azərbaycan futbolu tarixinə bir mövsümə 4 mərhələ adlayan yeganə klub kimi düşən “qırmızı-qaralar” ötən il qeydə alınan bu rekordunu təkrarlayıb.
– “Qəbələ” UEFA Avropa Liqasının tarixində ilk komanda olub ki, ardıcıl 2 dəfə 4 mərhələ adlamaqla qrupa düşüb.
– Fransanın “Lill” klubunu Bakıda 1:0 hesabı ilə məğlub edən “Qəbələ” “Böyük beşlik” çempionatlarının komandasını məğlub edən ilk və yeganə Azərbaycan klubudur. Komanda həmin rəqibi iki matçın cəmində (1:1, 1:0) üstələməklə “Böyük beşlik” klubunu mübarizədən kənarlaşdıran yeganə Azərbaycan təmsilçisi kimi də tarixə düşüb.
– Qrup mərhələsində keçirdiyi bütün oyunlarda uduzan “Qəbələ” 6 məğlubiyyət almasına baxmayaraq, Azərbaycan klubları üçün 2-ci məhsuldarlığa nail olub. Komanda 5 qol vurub, 14-nü buraxıb.
– “Qəbələ”nin oyunlarında cəmi 1 böyükhesablı nəticə qeydə alınıb. “Qırmızı-qaralar” “Samtredia”nı 5:1 hesabı ilə məğlub edib.
– "Qəbələ" futbolçuları 1 het-trikə imza atıb. “Samtredia” ilə görüşdə Teo Uiks 3 dəfə fərqlənib.
– Yeganə dubl “Maribor”la matçda fərqlənən Baqali Dabonun hesabındadır.
– Öz meydanında keçirdiyi 7 oyunda 4 qələbə qazanan “Qəbələ” 3 dəfə məğlub olub. Rəqib qapılarına 15 top vuran komanda qapısından 10 top buraxıb.
– Evdə keçirdiyi bütün ev oyunlarında qol vuran Azərbaycan klubları arasında öz meydanında ardıcıl 7 matç rəqib qapısına yol tapan ilk klub kimi rekorda imza atıb.
– Rəqiblərini 6 dəfə “Bakcell Arena”, 1 dəfə “Dalğa Arena”da qəbul edən komandanın oyunlarını ümumilikdə 43273 tamaşaçı izləyib. Orta seyrçi sayı 6182-yə bərabər olub.
– 7 səfər oyununda 1 qələbə qazanıb, 1 heç-heçə edən “qırmızı-qaralar” 5 dəfə məğlub olub. 5 qol vuran futbolçular 11 top buraxıb.

Bütün oyunlar
2016/17 mövsümü
UEFA Avropa Liqası

1-ci təsnifat mərhələsi

30 iyun. “Qəbələ” – “Samtredia” (Gürcüstan) – 5:1
Qollar: Voyislav Stankoviç, 16, Sergey Zenyov, 19, Teo Uiks, 30, 69, 72 // Laşa Serqelaşvili, 59
7 iyul. “Samtredia” (Gürcüstan) – “Qəbələ” – 2:1
Qollar: Budu Zivzivadze, 14 (pen.), Laşa Şerqelaşvili, 90+2 // Teo Uiks, 42

2-ci təsnifat mərhələsi

14 iyul. MTK (Macarıstan) – “Qəbələ” – 1:2
Qollar: Şandor Torqelle, 70 // Nika Kvekveskiri, 25, Filip Ozobiç, 63
21 iyul. “Qəbələ” – MTK (Macarıstan) – 2:0
Qollar: Sergey Zenyov, 7, Teo Uiks, 37

3-cü təsnifat mərhələsi
28 iyul. “Lill” (Fransa) – “Qəbələ” – 1:1
Qollar: Rayan Mendeş, 47 // Vitali Vernidub, 13
4 avqust. “Qəbələ” – “Lill” (Fransa) – 1:0
Qol: Filip Ozobiç, 34

Pley-off mərhələsi
18 avqust. “Qəbələ” – “Maribor” (Sloveniya) – 3:1
Qollar: Sergey Zenyov, 37, Baqali Dabo, 50, 52 // Markos Tavares, 17
25 avqust. “Maribor” (Sloveniya) – “Qəbələ” – 1:0
Qol: Markos Tavares, 66

Qrup mərhələsi
15 sentyabr. “Anderlext” (Belçika) – “Qəbələ” – 3:1
Qollar: Lukaş Teodorçik, 14, Rafael Santos, 41-öz qapısına, Dieqo Kapel, 77 // Baqali Dabo, 20
29 sentyabr. “Qəbələ” – “Maynts” (Almaniya) – 2:3
Qollar: Ruslan Qurbanov, 57-pen., Sergey Zenyov, 62 // Yoşinori Muto, 41, Con Kordoba, 68, Levin Öztunalı, 78
20 oktyabr. “Sent-Etyen” (Fransa) – “Qəbələ” – 1:0
Qol: Rikardinyo, 70-öz qapısına
3 noyabr. “Qəbələ” – “Sent-Etyen” (Fransa) – 1:2
Qollar: Ruslan Qurbanov, 39 // Usama Tannan, 45+1, Robert Beriç, 53
24 noyabr. “Qəbələ” – “Anderlext” (Belçika) – 1:3
Qollar: Rikardinyo, 15 (pen.) – Tilemans, 11, Massimo Bruno, 90, Lukaş Teodorçik, 90+4
8 dekabr. “Maynts” (Almaniya) – “Qəbələ” – 2:0
Qollar: Pablo De Blasis, 30, Aleksander Hak, 40

– Bu oyunlarda “Qəbələ”nin formasını 21 futbolçu geyinib.
– 4 futbolçu – Dmitri Bezotosnı, Rikardinyo, Filip Ozobiç və Vitali Vernidub bütün oyunlarda iştirak edib.
– Dmitri Bezotosnı və Rikardinyo 14 matçı əvəzolunmadan keçirib. Onlar Azərbaycan futbolu tarixinə bir mövsümdə avrokuboklarda ən çox dəqiqə (1260) keçirən oyunçular kimi düşüb.
– “Qəbələ”nin yerinə yetirdiyi 3 penaltidən 2-si qolla nəticələnib. Rikardinyo 2 zərbədən birini, Ruslan Qurbanov isə yeganə şansını qola çevirib.
– Dmitri Bezotosnının qapısına təyin olunan 2 zərbədən biri dəqiq olub.
– “Qəbələ”nin heyətində 9 futbolçu qol sevinci yaşayıb. Teo Uiks 5, Sergey Zenyov 4, Baqalo Dabo 3 , Ruslan Qurbanovla Filip Ozobiç hərəyə 2, Rikardinyo, Vitali Vernidub, Voyislav Stankoviç və Nika Kvekveskiri hərəyə 1 dəfə fərqlənib.
– Komandanın ən yaxşı bombardiri Teo Uiks 5 qol vurmaqla Azərbaycan klublarının futbolçularının bir mövsüm üçün məhsuldarlıq rekordunu təkrarlayıb.
– “Qəbələ”nin 10 futbolçusu ümumilikdə 20 sarı vərəqə ilə cəzalanıb. Vitali Vernudub hamıdan çox – 4 dəfə xəbərdarlıq alıb.
– Komandanın üzvləri 2 qırmızı vərəqə alıb. Teo Uiks birbaşa qırmızı, Rəşad Eyyubov 2-ci sarı vərəqə üzündən meydandan kənarlaşdırılıb.
– “Qəbələ”nin oyunlarında 2 avtoqol qeydə alınıb. Rafael Santos və Rikardinyo öz qapısına qol vurub.

Bütün futbolçular
futbolçular                 oyun   dəqiqə   qol    sarı   qırmızı
Dmitri Bezotosnı        14       1260   -21    0           0
Rikardinyo                  14       1260    1      1           0
Filip Ozobiç                 14       1199    2      3           0
Vitali Vernidub           14       1179     1     4            0
Vojislav Stankoviç      13       1154    1      3           0
Sergey Zenyov           13       1084     4      2           0
Teo Uiks                      12       1050    5      0           1
Asif Məmmədov          12        396     0      3           0     
Baqali Dabo                11        933     3      0           0     
Nika Kvekveskiri        11        895     1      1           0     
Məhəmməd Mirzəbəyov10     900     0      1           0
Rəşad Sadiqov            10        819     0      0           0
Rafael Santos             8          511     0      0           0
Rəşad Eyyubov           8          181     0      0           1
Ruslan Qurbanov        6          389     2      1           0
Ürfan Abbasov            5          450     0      0           0
Elvin Camalov             5          41       0      0           0
Petar Franyiç              4          75       0      0           0
Tellur Mütəllimov       2          45       0      1            0
Roman Hüseynov       1          13       0      0            0
Qismət Alıyev             1           4        0      0            0

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-05 08:52

Daha bir ulduz tennisçi Roma turnirində olmayacaq

blank
Digər idman növləri2024-05-05 08:35

Mayamidə Ferstappen sprintin qalibi oldu

blank
Digər idman növləri2024-05-05 08:17

Avroliqa iştirakçıları səsvermə ilə seçiləcək

blank
Ölkə futbolu2024-05-05 08:00

“Sumqayıt”a son dəqiqə şoku, “Neftçi” üçün 5 ballıq zəlzələ

blank
Dünya futbolu2024-05-05 01:35

“Real” 36-cı çempionluğunu rəsmiləşdirdi

blank
Dünya futbolu2024-05-05 01:22

“Monako”dan darmadağın

blank
Dünya futbolu2024-05-05 01:04

“İnter”i məğlub edən tapıldı

blank
Dünya futbolu2024-05-05 00:45

“Ştutqart” “Bayern”ı məğlub yola saldı

blank
Digər idman növləri2024-05-05 00:23

Azərbaycan cüdoçularından Göygol Avropa Kubokunun ilk günündə 10 medal

blank
Dünya futbolu2024-05-05 00:05

Liderlərdən darmadağın

blank
Dünya futbolu2024-05-04 23:38

Şahruddinin komandasından səfər qələbəsi

blank
Premyer-liqa2024-05-04 23:05

“Neftçi”yə qarşı hamı istəkli oynayır” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-04 22:58

“Səhvlərimiz kifayət qədər çox idi” – Bojoviç

blank
Ölkə futbolu2024-05-04 22:43

“Qarabağ” Bəhlulla yeni müqavilə bağladı

blank
Premyer-liqa2024-05-04 22:10

“Qarabağ”dan “Neftçi”yə 5 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2024-05-04 21:21

“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-05-04 21:00

Rahil Məmmədovun komandası yenə uduzdu

blank
Premyer-liqa2024-05-04 19:52

“Kəpəz”lə “Sumqayıt”ın heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2024-05-04 19:10

Adil Şükürov: “Vəziyyəti bu həddə “Sumqayıt” tərəfi çatdırdı” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:59

Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:23

“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə

blank
Digər idman növləri2024-05-04 17:42

Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb

blank
Digər idman növləri2024-05-04 17:20

Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-04 17:01

Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazandı

blank
Digər idman növləri2024-05-04 16:47

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb

blank
Digər idman növləri2024-05-04 16:34

Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib

blank
Ölkə futbolu2024-05-04 16:18

Yunanov bu gün mükafat alacaq

blank
Digər idman növləri2024-05-04 16:00

Bakıdakı Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

blank
Milli komanda2024-05-04 15:39

Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-04 15:20

“Bakı Marafonu-2024”ə görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm