Dünya futbolu
2016-cı il üçün dünyanın ən yaxşı oyunçusu bəlli olur
Bu gün 2016-cı il üçün dünyanın ən yaxş…
Bu gün 2016-cı il üçün dünyanın ən yaxşı futbolçusunun adı müəyyənləşəcək. Futbolinfo.az xəbər verir ki, qalibin adı Bakı vaxtı ilə saat 23:00-da müsabiqəni keçirən “France football” nəşrinin saytında və “L’Equipe” telekanalında açıqlanacaq.
Qeyd edək ki, qalib dünyanın müxtəlif ölkələrindən 173 jurnalist arasında aparılan səsvermə zamanı müəyyənləşəcək. 2016-cı ilin ən yaxşı oyunçusu adına əsas namizəd bu il Portuqaliya millisinin tərkibində Avropa çempionu və “Real”la Çempionlar Liqasının qalibi olan Kriştiano Ronaldo hesab edilir.
Xatırladaq ki, bu ildən etibarən “France football” nəşri 2007-ci ilə qədər olduğu kimi “Qızıl top” mükafatının qalibini yenə jurnalistlər arasında müəyyənləşdirməyə başlayıb. Bundan əvvəlki illərdə bu prosesdə FİFA da iştirak edirdi. Qalibi təkcə jurnalistlər deyil, FİFA üzvü olan milli komandaların baş məşqçiləri və kapitanları da seçirdi.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq