Dünya futbolu
Eddi oynadı, komandası qalib gəldi
Futbol üzrə İspaniya ikinci liqasında 19-cu turun oyunları ke…
Futbol üzrə İspaniya ikinci liqasında 19-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – "Kadis" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Sevilya Atletiko" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 4:1.
İsrafilov bu görüşün 79-cu dəqiqəsində meydana çıxıb.
"Kadis" 19 turdan sonra 30 xalla 22 klub arasında 4-cü pillədə qərarlaşıb.