Premyer-liqa
AZAL-dan 231 gün sonra gələn qələbə
AZAL qələbəsiz oyunlar seriyasına son qoyub. Futbolinfo.az xəbər…
AZAL qələbəsiz oyunlar seriyasına son qoyub. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi mövsümdə ilk qələbəsini Topaz Premyer Liqasının 14-cü turunun “Neftçi” ilə səfər oyununda əldə edib.
1:0 hesabı ilə qalib gələn Tərlan Əhmədovun yetirmələri 17 matçlıq qələbəsizlik seriyasına son qoyub. Belə ki, AZAL cari mövsümün əvvəlki 13 qarşılaşmasından başqa, ötən çempionatın son 4 görüşündə də qalib gələ bilməmişdi. Bu il aprelin 30-da “Xəzər Lənkəran”la ev qarşılaşmasında qələbə qazanan AZAL 231 gündən sonra 3 xal qazanmağı bacarıb. Bu, klub tarixində 2-ci belə uğursuzluqdur. 2014-cü ildə bakılılar daha çox – ardıcıl 20 görüşdə qələbəyə həsrət qalmışdı. 2013/14 mövsümünün son 18 matçında yaşanan bu seriya 2014/15 mövsümünün ilk iki oyununda da davam etmişdi.
Qeyd edək ki, 17 oyunluq qələbəsizlik seriyası zamanı AZAL 6 heç-heçə edib və 11 dəfə uduzub.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq