Ölkə kuboku
İcra başçısı gəlmədi, yeni prezident Gəncədədi
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşması…
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilən "Kəpəz" – "İnter" qarşılaşmasına maraq azdı. Futbolinfo.az-ın Gəncəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, buna səbəb Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin oyuna gəlməməsi və iş günündə qarşılaşmanın həddən artıq tez başlamasıdı.
Əvəzində "İnter"in yeni prezidenti Azər Əliyev VİP-tribunada yer alıb. O, görüşü "Kəpəz"in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğluyla izləyir.
Əldə etdiyimiz məlumata görə, "İnter"in sabiq prezidenti Rəşad Qasımov da görüşü tribunadan izləyir. Deyəsən, sabiq komandasının qış fasiləsi öncəsi son görüşü Qasımov üçün də "İnter"i canlı izlədiyi axırıncı oyun olacaq.
Qeyd edək ki, ilk görüşdə 2:0 qalib gələn paytaxt təmsilçisi fasiləyədək qolsuz bərabərliyi qoruya bilib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…