Ölkə kuboku
Fanatlar Şükürovu ələ saldı
Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsi…
Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən "Neftçi" ilə "Zirə" arasındakı cavab matçından (ilk oyun 3:0) öncə zirəlilərin baş məşqçisi Adil Şükürovun iddialı açıqlaması xeyli müzakirələrə səbəb oldu. Futbolinfo.az xəbər verir ki, o, cavab görüşündə "Neftçi"yə 4 cavabsız qol vurub, yarımfinala çıxacaqlarını bəyan etmişdi.
Lakin onun bu proqnozu elə ilk hissədəcə boşa çıxdı. Belə ki, hesabı zirəlilər açsa da, ilk yarının sonunda meydan sahibləri daha bir qol vuraraq, ümumi hesabı 4:1-ə çatdırdılar.
Bu isə azarkeşlərin onu ələ salmasına səbəb olub. Stadiona toplaşan futbolsevərlər hətta buna qafiyə də açıblar:
"Hadi, vursana, dördün vursana, Adil Şükürov, dördün vursana".
Fanatlar arasında Şükürova "Ançelotti Adil" deyənlər də tapılıb.