Ölkə kuboku
Adil Şükürov: "Qələbə qazanmaq üçün hər şey etdik"
"Zirə"nin baş məşqçisi Adil Şükürov Az…
"Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri cavab matçından (2:1, ilk oyun 0:3) sonra fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, o, öncə bunları söyləyib:
– “Neftçi”ni təbrik edirəm. Komandam qələbə qazanmaq üçün hər şey etdi. Bundan sonra yalnız çempionat haqda düşünəcəyik.
– Azarkeşlər oyunun sonuna yaxın istefa şüarları səsləndirdilər. Buna münasibətiniz necədi?
– Təbii olan bir şeydi. Azarkeşlər komandadan çox şey gözləyirlər. Ancaq rəhbərlik bizə inanır. Biz də etibar edən şəxslərin etimadını doğrultmağa çalışacağıq.
– Komandanızın qış planları yəqin ki, müəyyənləşib. Neçə futbolçu ilə yollarınızı ayıracaqsınız?
– Bu barədə danışmaq tezdi. Düzdü, bəzi planlarımız var. Yaxın günlərdə yekun qərarları verəcəyik.
FƏRİD
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…