Dünya futbolu
Mourinyodan “Çelsi” etirafı
"Mançester Yunayted"in baş məşqçisi J…
"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo klub azarkeşlərini qəzəbləndirəcək açıqlamalar verib. Premyer Liqada "Çelsi"nin çıxışını qiymətləndirən portuqaliyalı mütəxəssis "Dürüst olmalıyıq. Bu mövsüm çempion olmağımız inandırıcı deyil. Bunu ancaq liderlə olan xal fərqinə görə deyil, "Çelsi"nin oyun fəlsəfəsinə baxaraq da görə bilərik", deyib.
Xatırladaq ki, "qırmızı şeytanlar" 17 turdan sonra 30 xal toplayıb və Mourinyonun təriflədiyi lider "zadəganlar"dan 13 xal geridədi.