Ölkə futbolu
“Səbail”in “Sehirli Yolka”sına 3 mindən çox uşaq qatıldı! – FOTOLAR
Yeni yaranmasına baxmayaraq, 1-ci divizion təmsilçisi "S…
Yeni yaranmasına baxmayaraq, 1-ci divizion təmsilçisi "Səbail" diqqətçəkən addımla digər klublarımıza örnək olub. Futbolinfo.az xəbər verir ki, mövsümün ilk yarısını 4-cü pillədə bitirən klub azyaşlıları Yeni il şənliyi ilə sevindirib.
İki gün əvvəl “Səbail”in doğma meydanı – “Bayıl Arena”da saat 13:00-dan 17:00-dək “Sehirli Yolka” şənliyi keçirilib. 3 mindən çox uşağın qatıldığı əyləncəli bayram şənliyinə giriş pulsuz olub.
“Sehirli Yolka” şənliyində əvvəlcə meydana Yeni ilin ən sevimli qəhrəmanları – Şaxta baba və Qar qız çıxıb. Animatorlar, şar şousu, klounlar, bir-birindən əyləncəli, rəngarəng nömrələr, nəğmələr, rəqslər, “face art” uşaqlar və valideynlər tərəfindən maraqla, sevinc hissi ilə qarşılanıb.
Şənliyə gələn uşaqlar “Səbail”in futbolçuları ilə şəkil çəkdirmək imkanına malik olublar. Azyaşlılar futbolçularla müxtəlif oyunlarda da iştirak ediblər. Futbolçular uşaqlara imzalı şəkillərini də hədiyyə etdilər.
Şənliyin sonunda cocuqlar Şaxta babadan hədiyyələrini alıblar.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza