Ölkə futbolu
Gürcüstan millisinin üzvü "Neftçi"də!
Son günlər transfer bazarında fəallığı ilə seçilən…
Son günlər transfer bazarında fəallığı ilə seçilən “Neftçi” heyətini gücləndirməkdə davam edir. Futbolinfo.az xəbər verir ki, bakılılar daha bir oyunçu ilə müqavilə bağlayıb.
Bu, Gürcüstan millisinin futbolçusu Georgi Navalovskidi. 30 yaşlı sol cinah müdafiəçisi komandada 29 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, adıçəkilən futbolçunun sonuncu iş yeri Yunanıstanın “Veria” klubu olub.