Ölkə futbolu
“Zirə”dən ilk transfer
“Zirə” dövrələrarsı fasilədə ilk transferini re…
“Zirə” dövrələrarsı fasilədə ilk transferini reallaşdırıb. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu müdafiə xəttini gücləndirmək məqsədi ilə Sadiq Quliyevlə müqavilə imzalayıb.
Anlaşmaya əsasən, Sadiq cari mövsümün sonuna qədər “Zirə”nin formasını geyəcək.
Sadiq Quliyev ötən mövsüm də bu komandanın heyətində çıxış edib. Daha sonra müqavilə ilə məxsus olduğu “Qəbələ”yə dönən gənc müdafiəçi bu dəfə azad transfer kimi “qartallar”ın sıralarına qoşulub.