Ölkə futbolu
"Real"ın baş məşqçisi postundakı 1 il ərzində daha çox saç itirmişəm"
"Real"ın baş məşqçisi Zinəddin Zidan "Sevil…
"Real"ın baş məşqçisi Zinəddin Zidan "Sevilya" ilə ölkə kuboku matçı ərəfəsində transfer planları və öz işi haqqında danışıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis bunları söyləyib:
"Mən Xameslə danışmışam və ona dünyanın ən yaxşı klubunda qalmasını istədiyimi söyləmişəm. Bu barədə artıq nəsə deməyə ehtiyac yoxdu. İndi sadəcə, səylə işləməyə davam etmək lazımdı. "Real"ın baş məşqçisi postundakı 1 il ərzində daha çox saç itirmişəm. İndi stress bir qədər azalıb. Həyacan var, amma o qədər deyil. Həmişə daha yaxşı olmağa çalışıram. Futbolçu olanda da belə idim. İnkişafda limit yoxdu. Bunu futbolçularıma da aşılamağa çalışıram. Moratanın "Yuventus"a mümkün qayıdışı haqqında xəbərlərə gəlincə – bu informasiya mənə mənasız gəlir. Alvaroya baxdıqda onun xoşbəxt olduğunu görürəm. Onun evi burdadı".