Ölkə futbolu
"Qəbələ" üçün qazax klubu
Dövrələrarası fasilədə hazırlıqlarını Türkiyədə k…
Dövrələrarası fasilədə hazırlıqlarını Türkiyədə keçirən “Qəbələ”nin yoxlama oyununda üz-üzə gələcəyi daha bir rəqibi müəyyənləşib. “Qırmızı-qaralar” Qazaxıstanın “Ordabası” klubu ilə qarşılaşacaq.
Bu barədə Qazaxıstan mətbuatı xəbər yayıb. Bildirilib ki, matç yanvarın 19-da baş tutacaq.
Qeyd edək ki, “Qəbələ” rəsmi saytı vasitəsilə Antalyada 5 yoxlama oyununu keçirəcəyini, bunlardan 3-də rəqiblərin dəqiqləşdiyini açıqlamışdı. Roman Qriqorçukun yetirmələri Qazaxıstan təmsilçisindən əlavə, yanvarın 13-də "Partizani" (Albaniya), 18-də "Qaz Metan" (Rumıniya) və 24-də isə "Şkendiya" (Makedoniya) ilə oynayacaq.