Ölkə futbolu
Saşa çempionluğa ümidlidi
Azərbaycan çempionatının 1-ci divizionunda çıxış e…
Azərbaycan çempionatının 1-ci divizionunda çıxış edən "Səbail" bugündən etibarən ikinci dövrə üçün hazırlıqların ikinci hissəsinə start verəcək. Futbolinfo.az xəbər verir ki, “aslanlar”ın kapitanı Saşa Yunisoglu komandanın rəsmi “Facebook” səhifəsinə hazırlıqların gedişi və Türkiyə toplanışı ilə bağlı açıqlamalar verib:
"Komandada 2-ci dövrəyə hazırlıq yüksək səviyyədə gedir. Hazırlığın ikinci mərhələsindən etibarən yeni transferlər də heyətə qoşulacaq. Məqsədimiz çempionluq olduğundan məşqlərə çox ciddi yanaşırıq. Türkiyə toplanışının komandamıza çox böyük xeyri dəyəcək. Ən başlıcası Antalyada atmosfer tamam fərqli olacaq. Gündə 2-3 məşqə çıxacağıq. Həmçinin, güclü komandalarla yoldaşlıq görüşləri keçirəcəyik ki, ikinci dövrədəki oyunlarda bunun bəhrəsini görəcəyik".
Qeyd edək ki, komanda divizionda qış fasiləsinə 4-cü pillədə yollanıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar