Ölkə futbolu
Hakimlə toqquşdu, meydandan qovuldu – VİDEO
"Portu"nun futbolçusu Danilo Portuqaliya kubokunda &q…
"Portu"nun futbolçusu Danilo Portuqaliya kubokunda "Moreyrenşe" ilə oyun zamanı baş hakimə təsadüfən toxunduğu üçün meydandan qovulub.
Futbolinfo.az xəbər verir ki, hadisə matçın 80-ci dəqiqəsində baş verib. Matçın baş hakimi Luiş Qodinyo arxa tərəfə qaçdığı an Daniloya dəyib. Bundan sonra o, futbolçuya sarı vərəqə göstərib.
Bu, matçda futbolçunun ikinci sarı vərəqəsi olduğundan, "Portu"nun oyunçusu meydanı tərk edib.