Ölkə futbolu
"Yuventus" Verratti üçün 80 milyon təklif edir
"Yuventus" mövsümün sonunda PSJ-nin yarımm&u…
"Yuventus" mövsümün sonunda PSJ-nin yarımmüdafiəçisi Marko Verrattini transfer etməyi planlaşdırır. "Çelsi", "Bavariya" və "İnter" də təcrübəli futbolçu uğrunda mübarizəyə qoşulub.
Futbolinfo.az xəbər verir ki, Turin klubu İtaliya millisinin 24 yaşlı oyunçusu üçün tələb olunan 80 milyon avronu ödəməyə hazırdı.
Ancaq bu transfer reallaşmaya da bilər. Çünki tərəflər arasında soyuq münasibət var. Buna səbəb 2014-cü ildə Kinqsli Komanın qalmaqallı şəkildə PSJ-ni "Yuventus"a dəyişməsidi. Ötən yay isə Paris təmsilçisi Blez Matyuidini "Qoca Sinyora"ya satmaqdan imtina etmişdi.
Veratti bu mövsüm Fransa Liqa 1-də 14 oyunda 2 qol vurub, 1 qol ötürməsi ilə yadda qalıb.