Ölkə futbolu
“Anji” erməniyə tapşırıldı
Azərbaycanda gün keçirib, təklif gözləyən, baş m…
Azərbaycanda gün keçirib, təklif gözləyən, baş məşqçi istefalarına sevinib, namizəd olacağını düşünənlər üçün maraqlı xəbər var. Bizim mütəxəssislər futbolçularımız kimi Biləcəridən o yana keçə bilmədiyi bir vaxtda Rusiya Premyer Liqa klubu erməniyə həvalə olundu.
Futbolinfo.az xəbər verir ki, “Anji” yeni məşqçiylə anlaşıb. Mahaçqala klubunun “sükan"ı erməni mütəxəssis Aleksandr Qriqoryana həvalə edilib. O, bu postda bir müddət öncə “Anji”dən ayrılan Pavel Vrbanı əvəz edib.
Qriqoryanın son iş yeri Rusiyanın birinci divizion təmsilçisi “SKA-Xabarovsk” olub. İndi o, 17 turdan 20 xal toplayan “Anji”ni 11-ci pillədən irəli aparmalıdı.
Xatırladaq ki, birvaxtlar “Anji”də Vaqif Sadıqov da çalışıb. Ancaq obaş məşqçi yox, Hacı Hacıyevin köməkçisi olub.