Ölkə futbolu
Ağabala Ramazanov “Qarabağ”da
“İnter”də gözlənilən ayrılıq gerçəklə?…
“İnter”də gözlənilən ayrılıq gerçəkləşib. Futbolinfo.az xəbər verir ki, Ağabala Ramazanov komandadan ayrılıb.
Onunla müqavilə qarşılıqlı şəkildə pozulub. Bəstəboy hücumçu gözlənilənlərin əksinə, “Neftçi”yə yox, “Qarabağ”a keçib. Xəbəri "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl də saytımıza açıqlamasında təsdiqləyib. O, bildirib ki, rəsmi müqavilə imzalanmasa da, danışıqlar demək olar, yekunlaşıb.
Hələ “Xəzər Lənkəran”da oynadığı vaxtdan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun maraq dairəsində olan futbolçu cari mövsümün əvvəlindən “İnter”in şərəfini qoruyurdu. “Neftçi” neçə vaxtdı onun transferinə çalışsa da, futbolçu son anda ağdamlıları seçdi.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib